Azərbaycandan gedən və gələnlərin sayı açıqlanıb

CC0 / Free Photos / TravelersTuristlər, arxiv şəkli
Turistlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini isə qadınlar təşkil edib

BAKI, 25 fevral — Sputnik. "2019-cu ilin yanvar ayında Azərbaycana dünyanın 143 ölkəsindən 191,6 min və ya 2018-ci ilin yanvar ayı ilə müqayisədə 2,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib". Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Orta əsrlərə aid qəsr, Krakov, Polşa - Sputnik Azərbaycan
Kasıblar üçün Avropanın ən ucuz turist şəhəri

Məlumata görə, gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 29,1 faizi Gürcüstan, 11,2 faizi Türkiyə, 5,4 faizi İran, 4,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizi Ukrayna, 1,3 faizi İraq, 17,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar ayında gələnlərin sayında daha çox artım Misir (4,5 dəfə), Pakistan (2,0 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə), Çin (26,5 faiz), Gürcüstan (21,9 faiz), Cənubi Koreya (15,2 faiz) vətəndaşları arasında qeydə alınıb.

Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azalaraq 28,5 min nəfər olub.

2019-cu ilin yanvar ayında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 0,9 faiz artaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,2 faiz azalaraq 67,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,8 faizi dəmir yolu və avtomobil, 35,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Luvr muzeyi gecə vaxtı süni işıqlandırma altında - Sputnik Azərbaycan
Luvr muzeyi ötən il daha çox turist qəbul edib

2019-cu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq 357,1 min nəfər olub. Ölkə vətəndaşlarının 35,0 faizi İrana, 28,0 faizi Gürcüstana, 20,9 faizi Rusiya Federasiyasına, 10,2 faizi Türkiyəyə, 1,2 faizi Ukraynaya, 1,1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,6 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 68,1 faizi kişilər, 31,9 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 75,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,5 faiz, Gürcüstana gedənlərin sayı 2,5 faiz artıb, Türkiyəyə gedənlərin sayı isə 2,6 faiz azalıb.

Cari ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,9 faizi dəmir yolu və avtomobil, 17,3 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Xəbər lenti
0