BAKI, 4 yanvar — Sputnik. Ötən il Fransanın ən görməli yerlərindən biri hesab edilən Luvr muzeyi turistləri özünə daha çox cəlb etməklə rekordu yeniləyib. Sputnik Azərbaycan-ın Fransa mediasına istinadən xəbərinə görə, 2018-ci ildə muzeyə gələn turistlərin sayı 10 milyondan artıq olub.
Luvr muzeyinin təmsilçisi isə bu qədər marağın olmasının səbəbini muzeyin tarixiliyi ilə bağlı olduğunu bildirir.
Açıqlanan rəsmi statistikaya görə, 2017-ci illə müqayisədə 2018-ci ildə muzeyə gələnlərin sayında 25 faizədək artım olub. Belə ki, ötən il Luvr muzeyini ziyarət edən turistlərin sayı 10.2 milyon olubsa, daha öncəki ildə bu say 8.1 milyon olub.