Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Prezidentin mesajından doğan ümid və ya mədəniyyət sahəsində vacib islahatlar

© Sputnik / Murad OrujovGənc Tamaşaçılar teatrı
Gənc Tamaşaçılar teatrı - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə mədəniyyətinin beşiyi sayılan bu təhsil ocağına Ceyran Mahmudovanın rektor təyin olunması mədəniyyət və incəsənət təhsili üzrə aparılmış uğurlu islahatdır

BAKI, 19 fevral — Sputnik. Son dönəm ölkənin müxtəlif sahələrində aparılan islahatlar sənət adamlarının da ümidlərini artırıb. Əksəriyyəti çalışdığı teatrın, telekanalın, kinostudiyanın rəhbərliyindən çəkinib bu ümid və arzularını dilə gətirməsə də, mən bu yazı ilə onların hamısının təlatümlərinə tərcüman olmaq istəyirəm. Bu yerdə ironik təbəssümlü bir smayla ehtiyac duyulur.

İlham Əliyev Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
İlham Əliyev tanınmış mədəniyyət xadimini mükafatlandırıb

Yaxın günlərdə ölkə başçısının yerli mətbuata verdiyi müsahibəsində qeyd etdiyi müəyyən fikirlər də bu yazının yaranma səbəblərindən biri oldu. Prezident: "Mən Azərbaycan mediasını izləyirəm. Bəzən bu media vasitəsilə hadisələrdən xəbərdar olur və müəyyən işlər görürəm".

Nə gözəl! Ölkə başçısının yerli medianı izləyib islahatlar apardığı bu dönəmdə mədəniyyət sahələri üzrə vacib islahatları diqqətə çatdırmağı bir mədəniyyət adamı kimi özümə borc bildim.

İlk addım olaraq, cəmiyyətə ingilis dili müəllimi kimi daha faydalı ola biləcək Əbülfəs Qarayevin mədəniyyət naziri vəzifəsindən çıxarılması yaxşı oları. Bunu təkcə mən düşünmürəm, bütün mədəniyyət adamları düşünür. Açıq-aydın bildirməsələr də, mənimlə şəxsi söhbətlərində hamısı bunu istədiyini və gözlədiyini deyir.

Azərbaycan Televiziyasının rəhbərliyinin dəyişdirilməsi və Rövşən Məmmədovun sədr təyin olunması ölkə mədəniyyəti adına olduqca müsbət addımdır. Bu dəyişiklikdən sonra həm sənət adamlarının, həm də xalqın dövlət televiziyasına dair ümidləri dirçəlib və yeni gözləntiləri yaranıb.

Lakin getdikcə bayağılaşan, ürək bulandıran özəl telekanallara da dövlət müdaxiləsi qaçılmazdır. Hər nə qədər demokratik addım olmasa da, azadlığının, sərbəstliyinin qədrini, dəyərini bilməyən və bu azadlığı sənətdən başqa bütün növ iyrəncliklərə xərcləyən özəl telekanallar artıq müəyyən göstəriş və qadağalarla özlərini bərpa etməlidir.

Публицист и драматург Эльчин Гусейнбейли - Sputnik Azərbaycan
Yazıçı: “Uşaqlarda oxu mədəniyyətini formalaşdırmaq lazımdır”

Ən vacib məqamlardan biri də "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyinin dəyişdirilməsi, təmir olunması, müasir avadanlıqlarla təchizatıdır. Hərçənd, bir neçə il əvvəl dövlət tərəfindən bunun üçün vəsait ayrılmışdı. Lakin o məbləğ hara və necə yox oldusa, kinostudiya həm məkan, həm də fəaliyyət baxımından darmadağındır. Dövlət sifarişi ilə çoxsaylı filmlərin çəkilməsi də ölkənin müasir kino sahəsinin inkişafı, istedadlı və peşəkar insanların işlə təmin olunması üçün zəmin yaradar.

Kateqoriyada birinci yeri tutan, ölkənin ən qədim və ilk teatrı hesab olunan Akademik Milli Dram Teatrında da ciddi dəyişikliyə ehtiyac var. Azər Paşa Nemətovun uğursuz idarəetməsi teatrı həm yaradıcı heyət, həm də repetuar baxımından olduqca bərbad vəziyyətə salıb. Ümumiyyətlə, bu teatrı yenidən həyata qaytarmaq və inkişaf etdirmək üçün ən layiqli namizədin Mehriban Ələkbərzadə olduğunu düşünürəm. Nə qədər ki, bu xanımın yaradıcılıq enerjisi var, Akademik Milli Dram Teatrının Mehriban Ələkbərzadə istedadına, sözün əsl mənasında ehtiyacı var.

Söhbət Yazıçılar Birliyinə gələrsə, bu birliyin ləğv olunması Azərbaycan ədəbiyyatı adına ən böyük addım olar. Bütün müqəddəslərə and olsun ki, yazıçılar təkcə içki məclisində və çayxanalarda birləşə bilirlər. Yazıçılar Birliyinin varlığı dövlət büdcəsi üçün artıq xərcdən qeyri bir şey deyil. Yazıçılara istedad və zəhmətlə ərsəyə gəlmiş böyük ədəbi nümunələr üçün təqaüd ayıran hansısa fondun olması ölkə ədəbiyyatına bu birlikdən daha çox fayda verər.

Eyni hal Teatr Xadimləri İttifaqı, Rəssamlar İttifaqı, Bəstəkar İttifaqı üçün də keçərlidir. Bu ittifaqlar sadəcə formal olaraq mövcuddurlar və büdcəyə yükdürlər. Bu qurumların ləğvi, əvəzində isə aktyor, aktrisa, rejissor, rəssam və bəstəkarlar üçün də təqaüd verən fondların yaradılması mədəniyyətin dirçəlişi adına mütləqdir. Bu fondlar dünya təcrübəsində illərdir ki, mövcuddur və uğurlu nəticələri var.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – ölkə mədəniyyətinin beşiyi sayılan bu təhsil ocağına Ceyran xanım Mahmudovanın rektor təyin olunması da mədəniyyət və incəsənət təhsili üzrə aparılmış uğurlu islahatdır. Ceyran xanım müstəqillik illərində bu universitetə rəhbərlik etmiş hər kəsdən daha artıq layiqdir bu vəzifəyə və universitetdəki son dəyişikliklər də bunun sübutudur. İndi bu universitetdən də gözləntilər çoxdur.

Uğurlu mədəni inkişaf və dünyaya mədəni inteqrasiya arzusu ilə!

Xəbər lenti
0