BAKI, 18 fevral — Sputnik. Rusiyada xokkey yarışında faciə baş verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, dünən həvəskar xokeyçilərin oyunu zamanı idmançılardan biri ölüb.
“Udarnik” və “Titanlar” adlı komandalar arasında yarış zamanı 55 yaşlı idmançılardan biri qəfil özünü pis hiss edib. Qapıçı olan oyunçu yarışmanın 10-cu dəqiqəsində qəfil yerə yıxılıb. Oyuna nəzarət edən həkimlər idmançıya kömək etməyə cəhd ediblər, amma heç cür onu özünə gətirə bilməyiblər. İdmançı hadisə yerində keçinib.
Baş verən hadisə ilə bağlı cinayət işi açılıb. Tibbi ekspertizanın cavabından sonra idmançının hansı səbəbdən öldüyü məlum olacaq.