CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

C vitamini ilə qripdən xilas olun - Aktual

CC0 / marijana1 / fruitMeyvə tərəvəz
Meyvə tərəvəz - Sputnik Azərbaycan
Abunə olmaq
İmmun sisteminin möhkəmləndirilməsi üçün gündəlik ən azı 60 milli qram C vitamini qəbul etmək lazımdır

BAKI, 17 fevral — Sputnik. Qarsız şaxtasız qış mövsümü davam edir. Belə bir təbiət şəraitinin əsas problemlərindən biri də mövsümi qrip xəstəliyinin geniş yayılmasıdır. Elə Azərbaycanda da bu gün qrip xəstəliyinin yayıldığı barədə xəbərlər alırıq. Bəs immun sistemimizi necə möhkəmləndirək?

Su - Sputnik Azərbaycan
SƏHİYYƏ
İmmun sisteminizi bu üsulla yeniləyin

C vitamini ilə zəngin meyvə-tərəvəzlər immun sisteminin möhkəmləndirilməsində faydalı təsirə malikdir. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbərinə görə, gündəlik olaraq C vitamini ilə zəngin meyvə və tərəvəz qəbul etməklə iynə-dərmana gərək olmadan immuniteti möhkəmləndirmək mümkündür.

Sitrus meyvələri də C vitamini ilə zəngindir. Həkimlərin fikrincə, naringi, portağal, limon immun sistemini gücləndirməklə yanaşı asanlıqla qrip və viruslara qalib gəlməyə kömək edir. C vitamini ilə zəngin meyvələr sırasında kivinin də adı var. Hətta mütəxəssislərin fikrincə immun sisteminin möhkəmləndirilməsi üçün kivi portağaldan daha çox təsirə maliklidir.

Türkiyəli mütəxəssislərin fikrində, immun sisteminin möhkəmləndirilməsi üçün gündəlik ən azı 60 milli qram C vitamini qəbul etmək lazımdır.

Kərəvəz də C vitamini ilə zəngindir. Qrip və viruslardan qorunmaq üçün kifayət qədər kərəvəz yemək tövsiyə olunur.

İmmun sisteminin təbii yolla gücləndirilməsi üçün bibər, çuğundur, çiyələk, ananas yemək də tövsiyə olunur.

Xəbər lenti
0