Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İmmun sisteminizi bu üsulla yeniləyin

Abunə olmaq
Qısamüddətli aclıq artıq çəkidən azad edir, qanda piylərin səviyyəsini azaldır və orqanizmdə qocalma proselərini ləngidir

BAKI, 15 mart — Sputnik. İmmun sistemi bizi tək virus və mikroblardan deyil, xərçəngdən və bir çox digər ağır xəstəliklərdən qoruyur.

Bu səbəbdən immun sistemini daim "döyüşə hazır" vəziyyətdə saxlamaq olduqca vacibdir. Bunun üçün nə etmək lazımdır?

Alimlər sübut edir ki, heç bir dərman, vitamin və s. bu kimi vasitələrin köməyi ilə immuniteti möhkəmləndirmək mümkün deyil. Sağlam qidalanma və həyat tərzi güclü immun sisteminin əsas mənbələridir.

Cənubi Kaliforniya (ABŞ) Universitetinin alimləri son elmi araşdırma zamanı aşkar ediblər ki, qızamüddətli aclıq immun sisteminin yenilənməsinə kömək edir. 

Əzvay - Sputnik Azərbaycan
CƏMİYYƏT
Üç min il əvvəl kəşf edilən möcüzəvi bitkinin faydaları

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, alimlər xüsusi eksperiment aparıblar. Eksperiment iştirakçıları yarım il ərzində müəyyən fasilələrlə 2-4 gün ac qalıblar.

Analizlər göstərib ki, aclıq zamanı orqanizm özü-özünü bərpa etməyə başlayır, zədələnmiş hüceyrələrdən (o cümlədən xərçəng hüceyrələrindən) azad olunur. Həmçinin bu zaman çoxlu sayda leykositlər (immun hüceyrələri) dağılır. Bu isə immun sistemində yenilənmə proseslərini sürətləndirir.

Bundan əlavə qısamüddətli aclıq zamanı orqanizm ehtiyatda olan qlükoza, ketonlar, piyləri istifadə etməyə başlayır.

Analizlər göstərib ki, eksperiment iştirakçılarının bədənində proteinkinaza A elementinin azalması müşahidə olunur. Bu elementin orqanizmdə artması xərçəngin riskini artırır.

Bundan əlavə qısamüddətli aclıq artıq çəkidən azad edir, qanda piylərin səviyyəsini azaldır və orqanizmdə qocalma proselərini ləngidir.

Xəbər lenti
0