SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə ABŞ və Avropa ölkələrinin qorxduğu qərarı verə bilər

© Sputnik / Anton Denisov / Mediabanka keçidAnakaranın bir görünüşü
Anakaranın bir görünüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev Türkiyəsiz təhlükəsiz bölgə planını masaya qoyub

BAKI, 15 fevral — Sputnik. Ərazisində 4 milyon suriyalını vətəninə geri qaytarmaq üçün terrorçulardan təmizlənən "təhlükəsiz bölgə" qurmağı planlayan Türkiyəyə qarşı cəbhə genişlənir.

Флаги Китая на здании Дома народных собраний в Пекине, фото из архива - Sputnik Azərbaycan
Çin Türkiyə ilə əlaqələri kəsir – Diplomatik qalmaqal

Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, daha əvvəl Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və Böyük Britaniya ilə birdə ortaq bəyanat yayımlayaraq Türkiyənin Suriyaya müdaxiləsinə qarşı olduğunu bildirən ABŞ bu istiqamətdə daha bir addım atıb. Belə ki, Ağ Ev Türkiyəsiz təhlükəsiz bölgə planını masaya qoyub. 

Brüsseldə NATO müdafiə nazirlərinin toplantısından öncə açıqlama verən ABŞ müdafiə naziri Patrik Şanahan bildirib ki, Suriyanın şimal şərqində təhlükəsizlik zonasının yaradılması üçün fərqli bir fürsət var. Lakin ABŞ rəsmisinin bu etibarlı bölgənin Türkiyənin nəzarətində olmamasına dair heç bir mesaj verməməsi diqqəti çəkib.

Təhlükəsiz bölgə planının sabotaj edilməsi istənilən Türkiyə isə Birləşmiş Ştatlar və Avropaya qarşı 18 mart 2016-cı ildə Suriya qaçqınlarına dair sazişi yenidən gündəmə gətirməyi planlaşdırır. 2011-ci ildən bəri milyonlarla qaçqınla üzbəüz buraxılan Ankara anlaşmanın heç bir maddəsinin yerinə yetirilmədiyini dilə gətirəcək.

Suriyada təhlükəsiz bölgəyə qarşı sərgilənən mövqenin davam etdirilməsi durumunda Avropaya getmək istəyən qaçqınlara qarşı sərhədlər tam olaraq açılacaq. Bundan əlavə, dəniz yolu ilə Avropaya getmək istəyənlərin qarşısını almaq üçün tətbiq olunan ciddi nəzarət mexanizmi də yumşaldılacaq.

Ankaranın bu planına mütəxəssislərdən də dəstək gəlib. Qaçqınların problemi ilə məşğul olan vəkil İbrahim Ergin məsələ ilə bağlı bildirib: "Türkiyə qaçqınlar qaçmasın deyə səylər göstərir. Bununla bağlı insan qaynaqları, geri qaytarma mərkəzləri inşa edir. Dövlət necə şərqdə suriyalılar üçün qapılar açdısa, eyni şəkildə də çıxmaları üçün qərbi qapılarını açmalıdır. Qapılar açılarsa, həm qaçaq yollarla sərhədi keçərkən baş verən ölümləri əngəlləyə bilərik, həm də əlavə xərcləri azaldarıq. Avropanın təhlükəsizliyinə etdiyimiz yardımı kəsə bilərik".

Camal Qaşıqçı - Sputnik Azərbaycan
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında gərginlik artır

Qaçqın böhranının Suriya məsələsi ilə bağlı meydana çıxdığını bildirən Beynəlxalq Qaçqın Haqları Dərnəyi başkanı Uğur Yıldırım bunları deyib: "Dünyanın ən kasıb ölkələri belə, hazırda Avropadan daha çox qaçqınlara sahib çıxır. Türkiyə hazırda dünyada ən çox qaçqının olduğu ölkədir. Yollara dəmir məftillər qoymaqla qaçqınların qarşısını kəsə bilərsiniz, ancaq insanlığın qarşısını ala bilməzsiniz. Suriya gerçəyini Avropa hiss etməlidir. Bunun üçün sərhədlərin qaçqınların üzünə açılması baş verə bilər. Türkiyə üzərindən insanlar istədikləri bölgələrə gedə bilərlər".

Avropa İttifaqı üzrə mütəxəssis Can Baydarol da Avropa İttifaqının riskə girmək istəmədiyi tək bir mövzunun qaçqınlar məsələsi olduğunu dilə gətirərib: "Təhlükəsiz bölgə yaradılmazsa, Türkiyədəki qaçqınların 10-da biri Avropa İttifaqının sərhədində dayanarsa, Avropa çökəcək".

Xəbər lenti
0