BAKI, 8 fevral — Sputnik. Ötən ilin oktyabrında Türkiyənin İstanbuldakı Səudiyyə Ərəbəsitanının Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı olayı ilə bağlı rəsmi Anakara yenidən bəyanat yayıb.
Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun bu haqda məlumat verib.
O bildirib ki, ötən müddət ərzində Camal Qaşıqçı olayı ilə bağlı Səudiyyə Ərəbistanının şəffaflığı təmin etməməsi, yəni qatilin ekstradisiya edilməməsi bir daha Səudiyyə hökuməti haqda əks fikir formalaşdırdı.
"Hadisələrin gedişatı bir daha göstərdi ki, Səudiyyə Ərəbistanı bu məsələdə hadisənin şəffafcasına araşdırılmasında maraqlı deyil" – deyə F.Altun əlavə edib.
Ərdoğan isə bildirib ki, bu olayla əlaqəli olaraq şəffaflığın təmin edilməməsi Səudiyyə Ərəbistanı hökumətinin özü üçün yaratmaq istədiyi inama zərbə vurub.