BAKI, 15 fevral — Sputnik. Bu gün səhər saatlarında İstanbul Beşiktaş Böyükdere küçəsində avtomobil qəzası baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəza zamanı 4 nəfər xəsarət alıb.
Məlumata görə, qəza zamanı Eşper Ü.–nün idarə etdiyi 34ANH 055 dövlət nömrə nişanlı avtomobil azərbaycanlı Xəlil Hüseynovun idarəetdiyi 34BGB230 dövlət nömrə nişanlı avtomobilə arxadan vurub.
Bundan sonra hər iki avtomobil nəqliyyat nişanı lövhəsinə, sonra isə dayanmış 24ABB324 dövlət nömrə nişanlı avtomobilə və 34BKN369 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Qəza zamanı azərbaycanlı Xəlil Hüseynov, Leyla Qəribova, Ayça Gül və Səmanur Sətan yaralanıb.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Son məlumata görə, onların vəziyyəti stabildir, həyati təhlükəsi yoxdur.