BAKI, 15 fevral — Sputnik. Moskada azərbaycanlı öldürülüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, 53 yaşlı Q.A.Orucova 4 dəfə atəş açılıb.
Hadisə Səmərqənd bulvarı adlanan ərazidə baş verib. Orucovu vuran şəxslər xarici markalı nömrəsi çirkli avtomobillə hadisə yerindən uzaqlaşıblar. Polis onların axtarışına başlayıb.