Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Həbs edilən baş məşqçinin işində qaranlıq məqamlar ortaya çıxıb

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı ildən qızlardan ibarət kikboks üzrə milli komandanın baş məşqçisi işləyən Anar Süleymanovun bu postda rəsmi surətdə olduğu Federasiya tərəfindən təkzib edilir

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 15 fevral — Sputnik. Məşhur kikboksçu, qızlardan ibarət yığmanın baş məşqçisi kimi tanınan Anar Süleymanov həbs edilib. Bu barədə mətbuatda məlumat gedib. Məlumatda deyilir ki, onunla 2 ay evli olan həyat yoldaşı Ş. polisə müraciət edərək Anar Süleymanovun onu dəfələrlə döydüyünü, qapalı yerdə saxladığını, öldürməyə cəhd etdiyini deyib. Məsələ ilə bağlı cinayət işi açılıb və A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibaən 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Anar Süleymanov, dördqat Avropa və Dünya çempionu - Sputnik Azərbaycan
İDMAN
"Çalışacağam ki, ölkəmizdə daha güclü kikboksçu qızlar olsun"

Məsələnin həqiqətə uyğun olduğunu öyrənmək üçün Anar Süleymanovun şəxsi nömrəsinə zəng elədik. Telefon sönülü idi. Ona görə də Kikboks Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov ilə əlaqə saxladıq. Güloğlan Cabbarov açıqlamasında dedi ki, Anar Süleymanovun ailəsində problem olduğunu bilirmiş: “Bu barədə məlumatım olub. Amma həbsi barədə heç bir məlumatım yoxdur. Onu qeyd edim ki, Anar kikboksçu kimi dünya çempionu olmayıb, Budo idman növü üzrə dünya çempionudur. Eyni zamanda Anar Kikboks Federasiyasında rəsmi işləmir. Sadəcə onun zalında qızlar çox məşq etdiyi üçün razılaşdıq ki, o qızları məşq etdirib yetişdirsin. Amma digər məşqçilər kimi Anar Süleymanov ilə heç bir kağız üzərində müqaviləmiz yoxdur. Maaş da almayıb bizdən”.

“Həm də bizə fərqi yoxdur, Anar olsun, ya digər şəxs. Əsas idmanımız inkişaf eləsin. Sabah başqa biri qadınları daha yaxşı məşq etdirərsə, onunla da danışıqlar apara bilərik. O ki qaldı onun həbs edilməsinə, hər bir kəs ailə münaqişəsi yaşaya bilər. Sabah bəlkə barışdılar. Bunun idmana adiyyatı yoxdur” - Cabbarov əlavə edib.

Xəbər lenti
0