Eldar Əzizov restoranın qanunsuz zəbt etdiyi yerlə bağlı qərar verdi

© Sputnik / Irade JELILBakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov
Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə məlumatı BŞİH-nin rəsmisi İsrafil Kərimov təsdiq edib

BAKI, 14 fevral — Sputnik. Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyət göstərən "PASSAGE 145" restoranı vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfini zəbt etməsi ilə bağlı mətbuatda məlumatlar yayılmışdı. 

Ресторан, фото из архива - Sputnik Azərbaycan
Restoran müştəriləri cərimələyəcək - SƏBƏB

Məlumatlarda qeyd edilirdi ki, restoran yolun hər iki tərəfinə masalar yerləşdirərək ərazini, tamamilə, zəbt ediblər.

Şikayətçilər bildirirdilər ki, onlar yaranmış vəziyyətlə bağlı ərazi üzrə Mənzil İstismar Sahəsinə (JEK) müraciət etsələr də, sahə rəhbərliyi "bizim onlara gücümüz çatmır, razılığı "Baksovet"dən alıblar" şəklində cavab verib.

Sputnik Azərbaycan xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov məsələyə dərhal reaksiya verib. İcra başçısı sakinləri narahat edən məsələ ilə bağlı sözügedən əraziyə özü şəxsən gedib, özbaşınalığın şahidi olub və sakinlərin maraqlarına uyğun olaraq restoranın qanunsuz fəaliyyət göstərən bu hissəsinin bağlanması ilə bağlı qərar verib.

Bu barədə məlumatı BŞİH-nin rəsmisi İsrafil Kərimov təsdiq edib. 

Xəbər lenti
0