BAKI, 13 fevral — Sputnik. "Avropa İttifaqı (Aİ) indi xilas edilməsə, sonu Sovet İttifaqı kimi olacaq".
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bunu məşhur amerikalı milyarder Corc Soros deyib.
İş dünyasının saytı olan "MarketWatch"da Sorosun məqaləsi dərc edilib. Onun fikrincə, Aİ-nin sonu 1991-ci ildə dağılan Sovet İttifaqı kimi olacaq: "Avropa İttifaqı tərəfdarı olan əksəriyyət çox gec olmadan oyanmasa, bu İttifaq tarixin səhnəsindən silinəcək".
O, yazıb ki, inqilabi bir dövrdən keçdiyimiz, çox geniş miqyaslı ehtimallar ilə qarşı-qarşıya olduğumuz üçün yekun nəticənin son dərəcə qeyri-müəyyən olacağı görünür.
Soros mayda keçiriləcək Avropa Parlamenti seçkilərinin qitənin gələcəyi üçün həlledici olacağı, Aİ əleyhinə partiyaların açıq ara qalib gələcəyi proqnozunu verib.
O, Böyük Britaniyanın gələcək ay reallaşması planlaşdırılan Aİ-dən çıxışının gələcək on illər boyunca ölkənin gedişatını müəyyən edən an olaraq qalacağını dilə gətirib.