CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsan ömrü sürətlə uzanır

CC0 / Julita / ElderlyYaşlı insanlar
Yaşlı insanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Alkoqol və narkotik asılılığından ölənlərin sayı 2007-ci ildə 284000-dən 2017-ci ilə 352 min olub

BAKI, 12 fevral — Sputnik. 1950-cı ildən bu günə qədər insanların ömür uzunluğu 20 il artıb və uşaq ölümləri 7 dəfə azalıb.

Пожилые люди, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Nəhayət, ömrü uzatmağın yolu tapıldı

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, kişilərin ömür uzunluğu 48 yaşından 70,5, qadınların ömür uzunluğu isə 53 yaşından 76-ya qədər artıb. 1950-ci ildə uşaq ölümləri 20 faiz təşkil edirdi. 2017-ci ildə isə bu rəqəm 3,9 faiz olub.

Ancaq neqativ tendensiyalar da var. Belə ki, son 10 ildə hərbi konfliktlər və terror hadisələri zamanı ölənlərin sayı 2 qat artıb.

Piylənmə ilə yaranan xəstəliklərin sayı da artıb. Belə ki, ikinci tip diabet il ərzində milyon insanın ölümünə səbəb olur. İnsulin müqaviməti ilə əlaqəli böyrək çatışmazlığından ölənlərin sayı isə 500 min olub.

Alkoqol və narkotik asılığından ölənlərin sayı 2007-ci ildə 284 mindən 2017-ci ilə 352 min olub .

Amma eyni zamanda, sağlamlıq işçilərinin sayı artıb, tibbi xidmətlərin əhatə dairəsi genişlənib, gigiyena və sanitariya yaxşılaşıb.

Xəbər lenti
0