Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Nəhayət, ömrü uzatmağın yolu tapıldı

© Sputnik / STRПожилые люди, фото из архива
Пожилые люди, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər 32 illik araşdırmadan sonra ömrü uzadan qida növünü tapıblar

BAKI, 15 noyabr — Sputnik. Harvard Universitetinin alimləri 32 il ərzində apardıqları elmi araşdırmanın sonunda maraqlı nəticə əldə ediblər. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, ingilis elm adamları insan ömrünü uzada bilən qida növünü tapıblar.

Пожилой мужчина любуется морем. Архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Zamanda səyahət etmək – uzunömürlülüyün sirri

32 illik araşdırmaların nəticəsinə görə, bu — fındıq, yer fıstığı, qoz və badamdan ibarət çərəzdir. Belə ki, həftədə iki dəfə bir ovuc çərəz yemək ürək-damar xəstəlikləri riskini (infarkt) 25% azaldır. Nəticədə erkən ölüm riski aradan qalxır.

Uzun illər ərzində aparılan araşdırmada 210 min tibb bacısı və həkim iştirak edib. Onlar, hər 2 ildən bir pəhrizlərini və həyat tərzlərini, sağlamlıq vəziyyətindəki dəyişikliklər və xəstəliklərini izah edən anketi doldurublar.

Alimlər ömrü uzatmaq, infarkt riskini azaltmaq üçün qoz, badam, fındıq və yer fıstığının faydalı olduğunu söyləyirlər.

Xəbər lenti
0