Sarqsyana arxadan zərbə

© Sputnik / Aram NersesyanВице-спикер Парламента Армении Арпине Ованнисян на внеочередном заседании НС (28 августа 2018). Еревaн
Вице-спикер Парламента Армении Арпине Ованнисян на внеочередном заседании НС (28 августа 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
O, bundan sonra "David və partnyorlar" konsaltinq şirkətində işləyəcək

BAKI, 11 fevral — Sputnik. Ermənistanın Respublikaçı Partiyasının İcraçı Şurasının üzvü, Ermənistan parlamentinin sabiq vitse-spikeri Arpine Ovannisyan partiyaya üzvlüyünü dayandırır və tamamilə vəkil kimi fəaliyyət göstərmək niyyətindədir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ovannisyan öz "Facebook" səhifəsində bildirib.

Ermənistan baş naziri Nikol Paşinyan və parlamentin spikeri Ararat Mirozyan - Sputnik Azərbaycan
Paşinyan 5 nazirliyi ləğv edir

"16 il dövlət xidmətində olduqdan sonra, 2018-ci ildə parlament seçkiləri fəaliyyətimdə yeni istiqamətlər barədə düşünmək üçün səbəb oldu. Mən həmişə əmin olmuşam ki, məsuliyyətli anlarda ən pis qərar müşahidəçi rolunda olmaqdır. Əvvəllər də belə etməmişəm, indi də belə etməyəcəm" - deyə Ovannisyan qeyd edib.

Onun sözlərinə görə, ötən həftə vəkillik fəaliyyəti üçün lisenziya alıb və bundan sonra "David və partnyorlar" konsaltinq şirkətində işləyəcək.

Qeyd edək ki, 35 yaşlı Arpine Ovannisyan professional vəkildir. 2015-ci ilin sentyabrından 2017-ci ilin mayına qədər Ermənistanın ədliyyə naziri olub. Buna qədər isə Respublikaçı Partiyasından parlamentin deputatı olub. Prezident aparatında işləyib, 2017-2018-ci illərdə Ermənistan parlamentinin vitse-spikeri olub.

Xəbər lenti
0