BAKI, 8 fevral — Sputnik. Biz Ermənistan hökumətinin strukturuna dair müzakirələri yekunlaşdırdıq.
Sputnik Azərbaycan Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu öz "Facebook" səhifəsində Ermənistan baş naziri Nikol Paşinyan bildirib.
O, vurğulayıb ki, Ermənistanda cəmi 12 nazirlik olacaq. Hökumətdə olacaq struktur dəyişikliklərinə dair qanun layihəsinin ilkin variantına görə, Mədəniyyət, Enerji İnfrastrukturu və Təbii Sərvətlər, Diaspora və Gənclər, Kənd Təsərrüfatı, eləcə də İdman nazirlikləri ləğv olunacaq.