SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qarabağda keçiriləcək Avropa çempionatı ilə bağlı AFFA hansı addımı atacaq?

© Sputnik / Murad OrujovAzərbaycan Futbol Federasiyaları Assosiasiyası
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - Sputnik Azərbaycan
Abunə olmaq
"Avropa çempionatını qəti şəkildə pisləyirik və buna qarşı mövqeyimiz dəyişməyəcək"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. "Biz bu yarışın keçiriləcəyini öyrənən vaxtdan mübarizə aparırıq". Bu barədə Sputnik Azərbaycan-a AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla məlumat verib.

2019-cu ildə Müstəqil Futbol Federasiyaları Konfederasiyasının (CONIFA) himayəsi altında, Dağlıq Qarabağ ərazisində BMT və Azərbaycan tərəfindən tanınmayan ərazilərin milli komandaları arasında çempionat keçiriləcək. Yəni müstəqilliyi tanınmayan ərazilər arasında Avropa çempionatı baş tutacaq.

Yerevan - Sputnik Azərbaycan
QARABAĞ
Yerevanda böyük çaşqınlıq: Dağlıq Qarabağ üzrə mövqelər əldən gedir

"Ötən ilin avqust ayında müəyyən olunanda ki, yarış "Dağlıq Qarabağda" keçiriləcək, AFFA rəhbərliyi dərhal məsələyə reaksiya verdi. AFFA onlara rəsmi müraciət etdi. FIFA və UEFA-ya, həmçinin CONIFA-nın mənzil-qərargahının yerləşdiyi və turnirin təşkil olunduğu İsveçin futbol federasiyasına etiraz məktubları ünvanladıq" – deyə Firuz Abdulla əlavə edib.

F.Abdulla onu da qeyd edib ki, AFFA 2019-cu ildə də CONIFA-nın təşkilatçılığı ilə qondarma "Dağlıq Qarabağ" Respublikasında keçirilməsi planlaşdırılan Avropa çempionatı ilə bağlı özünün səlahiyyəti çərçivəsində olan bütün hüquqi prosedurların yerinə yetirilməsini təmin edəcək. Bununla bağlı FIFA və UEFA-ya müvafiq müraciətlər göndəriləcək.

"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq, işğal altındakı Azərbaycan torpaqlarında elan olunmuş qondarma "Dağlıq Qarabağ" ərazisində CONIFA-nın təşkilatçılığı ilə keçiriləcəyi bildirilən Avropa çempionatını qəti şəkildə pisləyirik və buna qarşı mövqeyimiz dəyişməyəcək" - deyə AFFA-nın sözçüsü vurğulayıb.

Qeyd edək ki, ilk iki Avropa çempionatı 2015 və 2017-ci illərdə Macarıstanda və Şimali Kiprdə keçirilib. Özünü müstəqil elan edən "Dağlıq Qarabağ Respublikası" komandası yalnız CONIFA tərəfindən 2014-cü ildə təşkil olunan Dünya Çempionatına qatılıb. Həmin yarışda da məğlub olub.

Xəbər lenti
0