Rusiyada insanlar ölümsüzləşdirilir

© pixabay / Bruno GlätschBuz
Buz - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada insanların ölümsüzləşməsi reallaşır

BAKI, 8 fevral — Sputnik. Rusiyada "Kryoniks" şirkəti dünyasını dəyişən insanların hüceyrələrini, bədənlərini dondurur.

Uşaq əmizdirən qadın, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkənin genefondu üçün strateji məqam - Belə bankın yaradılması həyat məsələsidir

Sptunik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, məqsəd texnologiyanın insan ölümsüzlüyünü reallaşdırmağa imkan verdiyi zaman donmuş bədən və hüceyrələri gələcəyə daşımaq, onlara yenidən həyat verməyi reallaşdırmaqdır. Şirkətin açıqlamasına görə, təkcə 2005-ci ildən etibarən dünyasını dəyişənlərdən 66 nəfəri bu üsulla dondurularaq xüsusi konteynerlərdə saxlanılır. Şirkət rəsmisi Danila Medvedev burada temperaturun mənfi 196 dərəcə olduğunu bildirib.

"Biz hər zaman deyirik ki, həyatımız sanki texnologiyadan asılıdır. Texnologiya imkan verərsə, biz daha çox yaşaya bilərik. Bu məqsədlə, gələcək üçün artıq 50-dən artıq bədəni mühafizə edə bilmişik. Bu konteynerlərdəki temperatur bütün hüceyrələrin soyuqdan donaraq zədələnməsinin qarşısını almağa imkan verir" – deyə şirkət yaydığı məlumatda bildirib.

Qeyd edək ki, həyat yoldaşı, ən əziz insanının itirən bir çox şəxslər artıq bu şirkətlə müqavilə bağlamaqda maraqlıdır. Dəhşətli avtomobil qəzasında gənc həyat yoldaşını itirən Anton Zeldin də onlardan biridir. O, düşünür ki, həyat yoldaşının cəsədini, beyin və digər hüceyrələrini qoruyub saxlamaqla nə zamansa onu yenidən yaşada bilər.

Qeyd edək ki, şirkətlə bağlanan bu müqavilələr 25 ildən 100 ilədəkdir.

Xəbər lenti
0