CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcra hakimiyyəti işçiləri cəzalandırılıb

© Sputnik / Murad OrujovЗдание Администрации президента Азербайджанской Республики
Здание Администрации президента Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Proses çərçivəsində 13 nəfərin əmək müqaviləsinə xitam verilib, həmçinin 270 nəfərə xəbərdarlıq edilib

BAKI, 8 fevral — Sputnik. "2018-ci il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 315 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 379 şura iclasında, həmçinin bu orqanlarda keçirilən digər 2693 tədbirdə vətəndaş müraciətlərinə baxılması işi müzakirə olunub".

Yaşayış binasının tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan
Prezident Administrasiyasına xeyli sayda şikayət daxil olub

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ilin yekunlarına həsr edilmiş məqaləsində qeyd edib.

Məqalədə bildirilib ki, bu iclaslarda vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol vermiş, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşmış, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməmiş vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülüb. Belə ki, 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 860 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 79 nəfərin əmək müqaviləsinə xitam verilib, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb, 632 nəfərə xəbərdarlıq edilib.

© Photo : TRENDPrezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov
İcra hakimiyyəti işçiləri cəzalandırılıb - Sputnik Azərbaycan
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov

Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 70 vəzifəli şəxs barəsində intizam tənbehi tədbiri görülüb. Onların 57 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 13 nəfərin əmək müqaviləsinə xitam verilib, həmçinin 270 nəfərə xəbərdarlıq edilib.

Məqalədə qeyd edilib ki, yerli icra hakimiyyəti orqanlarının Prezident Administrasiyasına təqdim etdikləri hesabatların təhlili göstərir ki, ötən il həmin orqanlara daxil olan müraciətlərin sayında artım var. Ən çox artım Bakının Binəqədi, Xəzər, Qaradağ rayonlarında, Gəncə, Yevlax şəhərlərində, Ağcabədi, Ağdam, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gədəbəy, Xızı, Qazax, Qəbələ, Qobustan, Lerik, Saatlı, Şabran, Şuşa, Tovuz, Yardımlı, Zaqatala, Zəngilan, digər şəhər və rayonlarda qeydə alınıb.

"Bununla belə, bəzi şəhər və rayon icra hakimiyyətlərinə daxil olan müraciətlərin sayı azalıb. Azalma daha çox Bakı şəhəri və onun Nizami, Pirallahı, Suraxanı, Yasamal rayonlarında, Naxçıvan Muxtar Respublikasının rayonlarında, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Füzuli, Göyçay, Göygöl, Hacıqabul, Xocavənd, İmişli, Kəlbəcər, Kürdəmir, Qax, Quba, Qubadlı, Laçın, Masallı, Sabirabad, Samux, Ucar, Zərdab, digər şəhər və rayonlarda nəzərə çarpır" - S.İsmayılov vurğulayıb.

2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarına ünvanlanmış vətəndaş müraciətlərinin 72,3 faizi bilavasitə vətəndaşlardan, 27,7 faizi isə yuxarı və ya digər dövlət orqanlarından daxil olub. Yerli icra hakimiyyəti orqanlarında isə bilavasitə vətəndaşlardan və yuxarı dövlət orqanlarından daxil olan müraciətlərin nisbəti 51,6 faiz və 48,4 faiz təşkil edib.

Eldar İbrahimov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vəzifəli şəxslərin fəaliyyətinə dair şikayətlər daxil olub

Şöbə müdirinin sözlərinə görə, təhlillər göstərir ki, bəzi şəhər və rayonlardan olan vətəndaşlar yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanları ilə müqayisədə yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər: "Məsələn, Bakı şəhərinin bəzi rayonları, Mingəçevir, Naftalan, Yevlax, Ağdam, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qəbələ, Qobustan, Laçın, Neftçala, Samux, Siyəzən, Şamaxı, Yardımlı, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olmub".

"Bu cür hallara mərkəzi icra hakimiyyəti orqanlarında da rast gəlmək olur. Belə ki, bəzi mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı bilavasitə onların özlərindən daha çox yuxarı orqanlara müraciət edilib. Buna misal olaraq, İcbari Tibbi Sığorta və Dövlət Turizm agentliklərini, Milli Arxiv İdarəsini, Maliyyə Bazarlarına Nəzarət və Auditorlar palatalarını, Ali Attestasiya Komissiyasını, İpoteka və Kredit Zəmanət Fondunu, Dövlət Sığorta Kommersiya Şirkətini, "Azneftkimyamaş" və "Aqrarkredit" səhmdar cəmiyyətlərini, Sumqayıt və Gəncə apelyasiya məhkəmələrini göstərmək olar" - deyə məqalədə əlavə edilib.

Xəbər lenti
0