Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançılarımızdan sevindirici xəbər

© © ATF-ın mətbuat xidmətiTaekvando qarşılaşması, arxiv şəkli
Taekvando qarşılaşması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İlk yarış günü Röyalə Fətəliyeva da bürünc medal qazanmışdı

BAKI, 7 fevral — Sputnik. Parataekvondo üzrə dünya çempionatının son günü komandamız növbəti uğuru əldə edib. Sputnik Azərbaycan Taekvando Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən mundialda mübarizəyə qatılan Elimxan Manafov (K43 -75 kq) bürünc medala sahib olub.

Komandanın kapitanı Nicat Müslümov (K42-75 kq) isə gümüş medal qazanaraq yarışı ikinci pillədə başa vurub.

Xatırladaq ki, ilk yarış günü Röyalə Fətəliyeva da bürünc medal qazanmışdı. Beləliklə, baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələri dünya çempionatından vətənə 1 gümüş və 2 bürünc medalla dönür.

Xəbər lenti
0