FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qafqazın Las Veqası: Batumi qışına səyahət

Abunə olmaq
Sputnik Azərbaycan-ın fotomüxbiri Batumidə olduğu bir neçə saat ərzində azərbaycanlı turistlər arasında ən populyar olan Gürcüstan şəhərindən maraqlı fotolar çəkib

Murad Orucov, Sputnik Azərbaycan

Demək olar ki, bütün sahilyanı liman şəhərlərinin sözlə təsvir edilə bilməyən bir cazibəsi var - dənizin duzlu ətri, bulvardan görünən gəmilər, özünəməxsus arxitektura, sahilə çıxan küçələrdəki çoxsaylı kafe və restoranlar. Qara dənizin sahillərində yerləşən Batumi hələ sovet vaxtından turistlərdə ən çox təəssürat oyadan yerlərdən biri idi. Son zamanlar isə bura hər kəsin dilindədir. Qəribədir ki, bu kurort şəhəri öz memarlıq xüsusiyyətlərini müxtəlif ölkələrdən və dövrlərdən əxz edib. Nəticədə modernizm, kolonializm, barokko və renessans elementlərinin qarışığından özünəməxsus eklektika yaranıb.

Adama elə gəlir ki, bu üslublar bir arada xaos və bayağı bir şey yaratmalıdır, lakin gürcü şəhərsalanların əziyyəti sayəsində bütün bunlar harmoniya yaradıb.

İtalyan palazzo üslubunda tikilmiş binanı tərk edərkən, özünüzü dərhal müasir bir göydələnin girişində tapa bilərsiniz. Köhnə sahil fənəri isə DNT spiralları formasında olan ultramodern qüllənin yanında dayanıb.

Müasir hotel və evlər adi tikililərlə həmsərhəd olsalar da, ümumi fonda yaxşı görünürlər.

Kimsə deyə bilər ki, Batumi Dubaya, yaxud da Las Veqasa oxşayır. Bu təəssüratı baş gicəlləndirən göydələnlər yaradır. Lakin qədim sahilyanı küçələri gəzəndə başa düşürsən ki, bu şəhərin şüşə, metal və neon işıqlandırma ilə örtməyin mümkün olmadığı öz qənirsiz ruhu var.

Gürcüstanda oyun biznesinə rəsmən icazə verilib. Ona görə də Batuminin hər bir böyük otelində kazino var. Amma burada oynayarkən ehtiyatlı olmaq lazımdır. Çünki bura kazinodur və məşhur filmin qəhrəmanının dediyi kimi, "ya varlanacaqsan, ya da müflis olacaqsan".

Batumi bulvarını xüsusilə qeyd etmək lazımdır. Uzun səkkiz kilometrlik sahilyanı bulvar öz başlanğıcını köhnə liman kvartallarından götürür və yeni dəbli otellər və akvaparkların olduğu yerdə bitir. Burada gecələr də gəzmək, dəniz havası almaq, balıqçıları və gəmiləri seyr etmək, şəhərin mənzərəsinə baxmaq, "Əlifba" qülləsinə qalxmaq, velosiped sürmək, yayda isə istidən qaçmaq üçün dənizdə çimmək olar.

Batumi bulvarının yeni hissəsində şəhər çimərliyi də var ki, ora bütün ziyarətçilər üçün tamamilə pulsuzdur.

Bulvar boyunca yerləşən, acar mətbəxini və gürcü şərabını təqdim edən kafe və restoranlar isə hətta yemək ehtirası olmayan adamların belə laqeyd qala bilməyəcəyi yerlərdir. Siz artıq Batumidən uzaqlaşanda, özünüzlə bir neçə kiloqram artıq çəki aparmış olacaqsız.

Сотрудники полиции задерживают одного из участников беспорядков в Батуми - Sputnik Azərbaycan
HADİSƏ
Batumidə iğtişaşlar zamanı deputat yaralanıb

İndi şəhər fəal surətdə yay mövsümünün başlanmasına hazırlaşır. Yeni göydələnlər yüksək sürətlə tamamlanmaqdadır, sahilyanı zolaq səliqəyə salınır, çimərlik restoranları və səyyar qida satışı məntəqələri turist axınına hazırlıq görür.

Yerli sakinlər yekdilliklə bildirirlər ki, Batumiyə qışda yox, yayda gəlmək yaxşıdır. Onlarla razılaşmaq olar. Çünki qışda dənizdə çimə, günəş şüaları altında qarala, isti gecə diskotekalarında rəqs edə bilmirsən. Amma Batumi qışının da öz cazibəsi var. Nə qədər ki, şəhər turistlərlə dolub-daşmayıb, dar küçələrdə gəzişmək, unikal memarlıq nümunələrinə tamaşa etmək və soyuq dəniz havasını udmaqdan zövq almaq olar.

Bu şəhərdən gedərkən yalnız bir şeyi düşündüm - Batumini dolaşmaq, yaxından tanımaq üçün bir neçə saat çox azdır, bura bir daha qayıdacağam, fərq etməz, istər yayda olsun, istərsə də qışda. Dəniz gəzintilərindən, dadlı acar mətbəxindən və bənzərsiz memarlıq görünüşündən zövq almaq üçün qayıtmaq ümidilə, Batumi.

© Sputnik / Murad OrujovQafqazın Las Veqası: Batumidən qış görüntüləri
Qafqazın Las Veqası: Batumidən qış görüntüləri - Sputnik Azərbaycan
1/29
Qafqazın Las Veqası: Batumidən qış görüntüləri

2/29

3/29

4/29

5/29

6/29

7/29

8/29

9/29

10/29

11/29

12/29

13/29

14/29

15/29

16/29

17/29

18/29

19/29

20/29

21/29

22/29

23/29

24/29

25/29

26/29

27/29

28/29

29/29

Xəbər lenti
0