BAKI, 6 fevral — Sputnik. Tükiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimin atası Tələt Terim Adanada müalicə aldığı xəstəxanada vəfat edib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir. Onun bu gün səhər saatlarında vəfat etdiyi bildirilir.
Terim özü fevralın 2-də Alanyaspor – Qalatasaray oyunundan sonra Adanaya gələrək atasını ziyarət edib. "Qalatasaray" klubu baş məşqçiyə başsağlığı verib.