CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş epidemioloq: "Azərbaycanda "donuz" qripi adlı xəstəlik yoxdur"

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidQrip epidemiyası, arxiv şəkli
Qrip epidemiyası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mövsümü qripə tutulmamaq üçün soyuqdan və xəstə adamdan qorunmaq lazımdır

BAKI, 5 fevral — Sputnik. "H1N1 virusu insanı yoluxduran ştamdır. Lakin ölkəmizdə virusa "donuz" qripi adı qoyulub. Bu yanlışdır. Azərbaycanda "donuz" qripi adlı bir xəstəlik və xəstə yoxdur. Əhali elmi-tədqiqat virusu aparmır.

Qrip virusu, arxiv şəkli - Sputnik Azərbaycan
Qrip olmaq istəmirsinizsə...
 Virusun adının əhali üçün nə önəmi var? Bu virus sadəcə olaraq A tipindən olan ştamdır. Bir daha deyirəm ki, bir çoxlarının şübhələndiyi xəstəlik Azərbaycanda yoxdur".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. Baş epidemioloq viruslarla bağlı ölkəmizdəki vəziyyəti sabit qiymətləndirib.

O, xüsusən də azyaşlıların viruslardan qorunması üçün valideynlərə daha diqqətli olmağı tövsiyə edib. İ.Ağayev xəstə olan uşağın məktəbə getməsinin düzgün olmadığını bildirib: "Mövsümü qripə tutulmamaq üçün soyuqdan və xəstə adamdan qorunmaq lazımdır. Xəstə birinin olduğu evə qonaq getməmək, gigiyenik qaydalara əməl etmək lazımdır".

Xəbər lenti
0