Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qrip olmaq istəmirsinizsə...

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidQrip virusu, arxiv şəkli
Qrip virusu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tərkibində C vitmaini olduğu üçün mütəmadi olaraq mandarin və portağal yemək hüceyrələri yeniləyir və qripin qarşısını alır.

BAKI, 27 yanvar — Sputnik. Qış mövsümündə qrip və digər soyuqdəymə xəstəliklərinin sayı artır.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bəzi qidaları mütəmadi olaraq qəbul edərək, qrip olmağın qarşısını ala bilərsiniz.

Balıq qrip olmağın qarşısını alan önəmli qidalardandır. Balığın tərkibində Omega 3 yağ turşuları nəfəs yolları iltihablanmasının qarşısını alır. Beləliklə tıxanma və ağrı problemi aradan qalxır.

Qripin qarşısını ala bilmək üçün somonş ton balığı, ringa və digər balıq növlərindən istifadə edə bilərsiniz. Balıq immun sistemi gücləndirir və digər xəstəliklərər qarşı da müqavimət yaradır.

Qrip olmağın qarşısını alan qidalardan biri də qoxusunu çox adamın sevmədiyi sarımsaq bitkisidir.

Sarımsaq təbii antibiotik hesab edilir. Sarımsaq həzm sistemini rahatlaşdırlr, burun tıxanması və digər müxtəlif infeksion xəstəliklərin yaranmasının qarşısını alır.

İspanaq da qripin qarşını ala biləcək qidalardandır. Tərkibində bol miqdrada dəmir və vitamin C olduğu üçün qripin qarşını alır. Kalorisi az olduğu üçün isə rahat həzm edilir.

Qripin yaranmasının qarşısını alan qidalar arasında mandarin və portağal da var. Tərkibində C vitmaini olduğu üçün mütəmadi olaraq mandarin və portağal yemək hüceyrələri yeniləyir və qripin qarşısını alır.

Nar da qripin yaranmasının qarşısnı alan qidalardandır.Qrip olmamaq üçün narı qatıqla və tək yeyə bilərsiniz.

Xəbər lenti
0