Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

““Formula 1”in müqaviləsini daha da uzada bilərik”

© Sputnik / Murad OrujovГенеральный исполнительный директор компании "Formula 1 Group" Чейз Кэри
Генеральный исполнительный директор компании Formula 1 Group Чейз Кэри - Sputnik Azərbaycan
Abunə olmaq
"Hesab edirəm ki, bu müqavilənin 3 il müddətinə uzadılması ən yaxşı seçimdir”

BAKI, 5 fevral - Sputnik. “Hesab edirəm ki, müqavilənin 3 il müddətinə uzadılması ən yaxşı seçimdir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün “Formula 1”lə bağlı keçirilən mətbuat konfransında şirkətin baş icraçı direktoru Çeyz Kerri deyib. 

O, müqavilənin növbəti dəfə 5 il yox, daha 3 il uzadılmasına münasibət bildirib: “Bu müddət imkanları daha da artıracaq. İldən-ilə daha geniş imkanlar açıldığı üçün bu vaxt daha məqsədəuyğundur. Hesab edirəm ki, bu müqavilənin 3 il müddətinə uzadılması ən yaxşı seçimdir”.

Между Бакинским городским кольцом и группой компаний Формула 1 подписан новый договор о продлении срока проведения Гран-при Азербайджана - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanda "Formula 1" ilə yanaşı daha bir beynəlxalq idman yarışı keçiriləcək

“Zamanı gələndə müqaviləni daha da uzada bilərik” – deyə  Çeyz Kerri vurğulayıb.

Ç.Kerri növbəti mərhələdə ediləcək dəyişikliklərə də aydınlıq gətirib: "Bu il yarışların qaydalarında ciddi dəyişikliklər olmayacaq. Edilən dəyişiklər də adi olacaq. Amma 2020-ci ildə "Formula 1" yarışlarında ciddi dəyişiklik olacaq. Bu, bolidlər ilə bağlıdır. Həmin dəyişiklikdən sonra yarışlar daha baxımlı olacaq. Azarkeşlərin oyunlara daha çox maraq göstərəcəyinə əminəm".

Mətbuat konfransında Gənclər və idman naziri Azad Rəhimov da jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, gələcəkdə "Formula 1" yarışında yerli pilotumuzun da iştirak etməsi üçün işlər aparılır: "Avtomabil Federasiyası tərəfindən işlər görülür. İnanırıq ki, gələcəkdə "Formula 1"də iştirak edən idmançı yetişəcək. Amma bu gün "Formula 1"də iştirak edə biləcək səviyyədə pilotumuz yoxdur".

Qeyd edək ki, bu gün Bakı Şəhər Halqası ilə "Formula 1" Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinə dair yeni müqavilə imzalanıb. Yeni sözləşmənin müddəti 3 il artırılaraq 2023-cü ilə qədər nəzərdə tutulub. Bundan öncəki müqavilənin müddəti isə 2020-ci ilədək idi.

Xəbər lenti
0