CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ataların hüquqları pozulur: Qadınlar kişiləri uşaq tərbiyəsindən uzaqlaşdırıblar

CC0 / Daniela Dimitrova / FatherAta qızına kömək edir
Ata qızına kömək edir - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil Nazirliyi təhsil sistemindəki gender disbalansını dəyişmək üçün strateji plan hazırlamalıdır. Ataları tərbiyə prosesinə cəlb etmək üçün sosial çarxlar, maarifləndirmə işləri, ictimai müzakirələr ümumi planın vacib hissəsi olmalıdır.

İsmayıl Rafiqoğlu, Sputnik Azərbaycan

BAKI, 4 fevral — Sputnik. Demək olar ki, hər gün Azərbaycan KİV-ləri ölkədə gender problemləri, uşaq və qadınlara qarşı məişət zorakılığı halları barədə məlumatlar verir. Baş verənlərin əsas günahkarı isə adətən kişilər olur. Onlar qadınları döyür, qızlarını tam təhsil almağa qoymur, onları erkən nikahlara təhrik edir.

Bəzən kişi geyimini belə özü seçmir

Əgər axtarış sistemlərində "zorakılıq" sözünü yazaraq axtarışa versək, istənilən agentlik və informasiya saytında məişət zorakılığı, qısqanclıq zəminində qətl, ailədaxili münaqişlər zamanı cinayət xarakterli hərəkətlər barədə onlarla və yüzlərlə məlumata rast gələcəyik.

Mingəçevir şəhər, şəhid Noel Ahəngəri adına 13 nömrəli tam orta məktəb - Sputnik Azərbaycan
ELM
Valideynlər övladlarını məktəbə göndərməyə ehtiyat edirlər, müəllimlər də çarəsizdir

Ailə problemləri və ailə münasibətləri fasiləsiz olaraq müxtəlif telekanallarda müzakirə edilir. Sosial şəbəkələr də ailə daxilində baş verən zorakılıq hərəkətlərinə qızğın reaksiya verir. "Qutu"dakı və ya planşetlərin ekranındakı uzun-uzadı gərgin müzakirələr demək olar ki, heç nəyi həll eləmir, cinslərarası münasibətlərin həyati vacib detalları vətəndaşların baxış bucağından kənarda qalır.

Ailə modelinin klassik sxemi təqribən belə görünür: kişi pul qazanır, ailəni öz imkanları daxilində təmin edir, arvad isə ev təsərrüfatı, məişət məsələləri ilə məşğul olur və uşaqları tərbiyə edir. Bəzən kişi hətta özünə geyim seçmək kimi ən sadə şeyləri belə həll eləmir, bununla da qadın məşğul olur, tamamilə öz qərarı əsasında əri üçün kosmetik vasitələr, geyim, ayaqqabı alır. Ailəsini yaxşı təmin edən kişinin ailənin ən adi problemini belə həll etməyə vaxtı yoxdur.

Kişilərin uşaqların ev tapşırıqlarının öhdəsindən necə gəldiyi barədə təsəvvürləri belə yoxdur

Hətta işləyən qadınlar belə bütün cari işlərin öhdəsindən gəlirlər. Qab yuyurlar, uşaqları bağçaya, məktəbə aparırlar, evi təmizləyirlər, paltarları yuyub-ütüləyirlər, hətta evə təmir üçün elektrik, santexnik, yaxud da soyuducu və kondisioner ustasını çağırırlar. Kişilərin uşaqların ev tapşırıqlarının öhdəsindən necə gəldiyi, valideyn iclaslarında nələrin müzakirə edildiyi, birinci sinfə gedən qızların hansı lenti bağladıqları barədə təsəvvürləri belə yoxdur.

ADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib - Sputnik Azərbaycan
Ali məktəblərə qəbul olmaq istəyənlərin nəzərinə

Əlbəttə, kişilər də bir sıra təsərrüfat işləri ilə məşğuldurlar - avtomobilin təmiri, mənzilin təmiri, bağda ağacların əkilməsi və s. Bunun üçünsə bazar günü səhər tezdən bazara qaçmaq, bir həftəlik alış-veriş etmək, böyük bir supermarketə gedib bazarda tapmadıqları malları almaq onlar üçün çətin deyil. Bütün bu fəaliyyətlər cəmiyyətin kiçik modeli olan ailənin varlığı üçün çox vacibdir.

Uşaqlar gözləyirlər ki, nə vaxt ataları onlara diqqət ayıracaq

İstənilən ailənin əsas problemi onunla bağlıdır ki, əhalinin əsas kişi kütləsi uşaq tərbiyəsi prosesindən kənarda qalır. Bu, heç kəsə sirr deyil və necə olubsa, belə alınıb. Təbii ki, ana hər bir uşaq üçün böyük önəm daşıyır. Bu, təbii instinktdir: ana yedizdirir, geyindirir, tumarlayır, yeriməyi və danışmağı öyrədir. Amma elə bir məqam gəlir ki, uşaq özü yemək yeyir, tualetə gedir, öz arzularını düzgün ifadə edə bilir. Uşaqlar tez-tez valideynlərinin davranışlarını təkrar edirlər. Yaşa dolduqca onlar daha çox müstəqil olmaq istəyirlər və ata qayğısına ehtiyac duyurlar.

Axı istənilən ata evin əsas avtoritet simasıdır. Onun sözünə qulaq asırlar, ona hörmət edirlər, hər bir gizli sirrlərini onunla bölüşmək istəyirlər. Ata isə demək olar ki, heç vaxt ortalıqda yoxdur - gündüzlər işləyir, axşamlar yorğun halda divanda uzanır, bazar günləri təsərrüfat işləri ilə məşğul olur, hərdən də balıq tutmağa, ya da dostları ilə görüşə gedir. Uşaqlar həmişə o anı gözləyirlər ki, onların ataları nə vaxt nəhayət ki, onların şəxsiyyətinə diqqət yetirəcək. Tez-tez bu an buraxılır, zamanın isə geriyə dönüşü yoxdur.

Bizim təlim və tərbiyə müəssisələri qadın kadrlarla doludur. Kişilər təbiətinə görə qadınların avtoritetini qəbul etmirlər, uşaq və gənc yaşlardan onların şəxsiyyətinə qarşı təzyiq cəhdləri, qadın-tərbiyəçilərin "bunu eləmə", "belə eləmə" qadağaları əksər hallarda mənfi nəticələrə səbəb olur.

Nəticədə sadist meylləri olan zəif iradəli, uşaqlıq və gənclik illərinin intiqamını almağa susamış kişilər yetişir. Bu, hər şeydən çox arvadına və uşaqlarına qarşı qəddarlıq ehtirasında özünü biruzə verir. Qadını döyür, öldürür, zorlayır, evin sadist təbiətli sahibinin istəmədiyini etməməyə məcbur edir.

Padar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanın ən qədim məktəblərindən biri təmir olunur - FOTO

Sonra biz analara burada nəyi müzakirə etdiyimizi deyəcəyik

Bir sıra kişilər uşaqların tərbiyəsində iştirak etmək istəyirlər, amma qadınlar düşünürlər ki, bu, onların işdirir və bu sahəyə kişiləri heç cür buraxmırlar.

"Məgər ata valideyn deyil? Əgər sən kişisənsə, Azərbaycanda valideyn ola bilməzsən? Məktəblərin heç birində atalar valideyn kimi qəbul edilmir. Sizi valideyn komitəsinə seçmirlər, "whatsapp qrupları"na qoşmurlar, uşaqlarla bağlı informasiyaları bölüşmürlər. Bütün bunlar yalnız qadınlar üçündür. Siz hətta valideyn iclasında da iştirak edə bilməzsiz. Mən qızımın valideyn iclasında iştiraka cəhd etdim, amma müəllimə məni sinfə buraxmadı və dedi: "Sonra biz analara burada nəyi müzakirə etdiyimizi deyərik". Əgər siz atasınızsa, bu cür hallarla qarşılaşacaqsınız. Qadın valideynlər bizə yad planetli kimi baxırlar. İmza: məktəbdə valideyn hesab edilməyən ata" - deyə Facebook sosial şəbəkəsinin istifadəçilərindən biri yazıb.

Bu istifadəçi etiraf edib ki, hətta onu sinfin WhatsApp mobil tətbiqindəki valideyn qrupuna da daxil etməyiblər. Bu axmaq təcrübə həqiqətən Azərbaycan cəmiyyətində mövcuddur. Uşaqların birtərəfli tərbiyəsi sonradan ailələrdə daha eybəcər formada - zorakılıq şəklində meydana çıxır və ailədaxili yaşam tərzinin əsl problemlərinin dərin anlaşılmazlığında əksini tapır.

Ailədəki hansısa gender bərabərliyi barədə səs tonumuzun imkan verdiyi səviyyəyə qədər mübahisə edə bilərik. Lakin bu hüquq bərabərliyi tez-tez bu tərəfdən olduğu kimi, digər tərəfdən də pozulur. Bütün münasibətlər artıq müəyyən edilmiş nümunələr üzərində inkişaf edir və bunu düzgün adlandırmaq olmaz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
ELM
Ali məktəblərə rektor təyin olunması qaydalarında dəyişiklik edildi

İncidilmiş oğlanlar sadistlərə və təcavüzkarlara çevrilirlər

Bütün bunlarla yanaşı, başa düşmək lazımdır ki, gender bərabərliyi təkcə hansısa inzibati tədbirlərlə parlamentdə qadınlara ayrılan yerlərin artırılması, yaxud da dövlət müəssisələrində hansısa kvotaların müəyyənləşdirilməsi deyil. Haradasa qadınların sayı çox, haradasa az ola bilər. Misal üçün, zərif cinsin nümayəndələri Bakıdakı ofis məkanlarında əminliklə əksər yerləri tuturlar. Qadın dizaynerlər, arxitektorlar, PR-menecerlər, jurnalistlər, katibələr kifayət qədər çoxdur. Amma, misal üçün inşaat sektorunda məlum səbəblərdən onlar çatışmır. Çünki iş ağırdır və zərif cins üçün xüsusilə cəlbedici deyil.

Təhsil sistemində qadınlar məhz mental davranışlar səbəbindən üstünlük qazanırlar. Əksər valideynlər məsələn belə fikirləşirlər: "Qoy mənim qızım ibtidai sinif, yaxud da bağça müəllimi olsun. Belədə həmişə qəpik-quruşu olacaq". Müəllimlərin maaşı ənənəvi olaraq aşağıdır, iş gəlirli və asan deyil, aydın məsələdir ki, bu pula heç kəs var gücü ilə əmək sərf eləmək istəmir. Və beləliklə, sözügedən sahədə, xüsusilə də məktəbəqədər və ibtidai təhsildə böyük natarazlıq yaranır.

Kişi kadrları təhsil sahəsinə cəlb etmək üçün maddi cəhətdən stimullaşdırmadan tutmuş təbliğati işlərə qədər böyük iş aparmaq lazımdır. Cəmiyyət ümumilikdə başa düşməlidir ki, böyüməkdə olan nəslin tərbiyəsi ən vacib məsələdir. Bundan daha vacibi yoxdur. İbtidai siniflərdə buraxılmış səhvləri sonra düzəltmək çox çətindir. Yeniyetməlik dövründə yaranmış problemləri isə üç-beş ilə həll etmək ümumiyyətlə mümkün deyil. İstedadlı uşaqlar zamanla müxtəlif fırıldaqlara görə dəmir barmaqlıqlar arxasında oturmalı olacaq, incidilmiş oğlanlar isə sadistlərə və təcavüzkarlara çevriləcək.

Sözsüz ki, Azərbaycanın Təhsil Nazirliyi təhsil sistemindəki gender disbalansını dəyişmək üçün strateji plan hazırlamalıdır. Ataları tərbiyə prosesinə cəlb etmək üçün sosial çarxlar, maarifləndirmə işləri, ictimai müzakirələr ümumi planın vacib hissəsi olmalıdır.

Müasir şərtlər böyüməkdə olan nəslin tərbiyəsində ciddi dəyişikliklər tələb edir.

Xəbər lenti
0