https://sputnik.az/20190204/dovlet-komitesi-atilmish-ushaqlarla-baqli-herekete-kechdi-419231672.html
Dövlət Komitəsi Bərdədə atılmış uşaqlarla bağlı hərəkətə keçdi
Dövlət Komitəsi Bərdədə atılmış uşaqlarla bağlı hərəkətə keçdi
Sputnik Azərbaycan
Onun sözlərinə görə, hazırda araşdırmalar aparılır ki, niyə uşaqlar təkbaşına saxlanılıb, niyə valideynlər öz məsuliyyətlərini yerinə yetirməyiblər 04.02.2019, Sputnik Azərbaycan
2019-02-04T14:34+0400
2019-02-04T14:34+0400
2021-11-16T22:08+0400
https://cdnn1.img.sputnik.az/img/40903/36/409033680_0:74:1000:640_1920x0_80_0_0_e2b10f33471c9350725443099cbbaf51.jpg
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2019
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40903/36/409033680_0:43:1000:671_1920x0_80_0_0_0ae98b17d55de6f2acdd49e7f879eccd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Dövlət Komitəsi Bərdədə atılmış uşaqlarla bağlı hərəkətə keçdi
14:34 04.02.2019 (Yenilənib: 22:08 16.11.2021) Onun sözlərinə görə, hazırda araşdırmalar aparılır ki, niyə uşaqlar təkbaşına saxlanılıb, niyə valideynlər öz məsuliyyətlərini yerinə yetirməyiblər
BAKI, 4 fevral — Sputnik. "Bərdə rayonunda iki uşağın atılması ilə bağlı iş icraata götürülüb. Bu işlə bağlı artıq bir neçə şöbə işə başlayıb. Bilirsiniz ki, bizim rayonlarda yerli icra hakimiyyəti orqanlarının nəzdində monitorinq qruplarımız var. Gözləyirik ki, bu məsələ ilə bağlı bizə rəsmi məlumatlar təqdim edilsin. Məsələ yeni qeydiyyata alınıb".
Bu barədə Sputnik Azərbaycan-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.
Onun sözlərinə görə, hazırda araşdırmalar aparılır ki, niyə uşaqlar təkbaşına saxlanılıb, niyə valideynlər öz məsuliyyətlərini yerinə yetirməyiblər.
Hazırda bu məsələlər araşdırılır: "Sonradan məhkəmə tərəfindən 3 qərar verilə bilər. Bura valideyn hüququnun ləğv edilməsi, icra hakimiyyətinin qərarı əsasında hüquqların məhdudlaşdırılması və ya cərimələrin tətbiq edilməsi daxil ola bilər. Hələ ki, biz cavab gözləyirik".