Valideynləri tərəfindən atılan körpələrdən xəbər var

© Sputnik / Musa MuradliBərdə rayonu ərazisindən keçən magistral yolda qoyulmuş işıqfor
Bərdə rayonu ərazisindən keçən magistral yolda qoyulmuş işıqfor - Sputnik Azərbaycan
Abunə olmaq
"Xəstəxanada uşaqlar üçün xüsusi palata ayrılıb" - Səhiyyə Nazirliyi

BAKI, 4 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, Bərdə rayonunda iki körpə uşaq valideyni tərəfindən çölə atılıb. Çölə atılan körpələr Bərdə Rayon Uşaq Xəstəxanasına yerləşdirilib. Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda onların səhhəti yaxşıdır. 

"Xəstəxanada uşaqlar üçün xüsusi palata ayrılıb. Sağlamlıqları ilə bağlı hansısa problem yoxdur" – deyə Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib.

Qeyd edək ki, valideynləri tərəfindən atılan oğlan uşağı 8 aylıq, qız uşağının isə yaş yarımlıq olduğu söylənilib. Tapılan zaman baxımsız vəziyyətdə olan körpələr Rayon Uşaq Xəstəxanasına yerləşdirilib. 

© REPORTВ Барде двух младенцев выбросили на улицу
Valideynləri tərəfindən atılan körpələrdən xəbər var  - Sputnik Azərbaycan
В Барде двух младенцев выбросили на улицу

Hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirlərinə başlayıblar və qısa zamanda körpələrin anasının kimliyi məlum olub. 

Qazax rayonunun Kəmərli kənd sakini olan Yeganə Nemət qızı Osmanovanın Bərdə rayonunda işlədiyi məlum olub. O, uşaqlarını maddi çətinlik ucbatından saxlaya bilmədiyini və buna görə atdığını bildirib. 

Faktla bağlı araşdıma aparılır. 

Xəbər lenti
0