BAKI, 3 fevral – Sputnik. İndoneziyanın Sumatra adasının sahillərində silsilə zəlzələlər baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilir ki, Siberut adasının yaxınlığında baş verən ilk zəlzələ 6,1 bal gücündə olub. Yeraltı təkanlardan sonra yaşıl xəbərdarlıq elan edilib. Bu da həlak olanların və iqtisadi dağıntıların olma ehtimalının azlığını təsdiq edir.
Növbəti zəlzələnin 5,9 bal gücündə olduğu və onun episentrinin Cambi əyalətinin Sunqaypenu şəhərindən 168 kilometr qərbdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Bunun ardınca daha beş zəlzələ qeydə alınıb ki, həmin yeraltı təkanların ən güclüsü 6 bal, zəifi isə 4,3 bal gücündə olub.