BAKI, 20 yanvar — Sputnik. Azərbaycan ərazisində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanvarın 20-də yerli vaxtla saat 08:29-da Pirqulu stansiyasından 24 kilometr cənub-qərbdə, Ağsu rayonunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.