BAKI, 3 fevral - Sputnik. Bu gün Azərbaycan Premyer Liqasında XV turun mərkəzi oyunu keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" klubu "Neftçi"ni qəbul edib.
Oyunun ilk dəqiqələri meydan sahibi oyuna fəal başlayaraq 6-cı dəqiqədə D.Kintananın qolu ilə hesabı aça bilib - 1:0.
Birinci hissənin 30-cu dəqiqəsində M.Mbodj hesabl bərabərləşdirməyə nail olub - 1:1. Beləliklə, ilk hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Oyunun 71-ci dəqiqəsində qonaqların oyunçusu A.Krivotsyuk "qırmızı" vərəqə (ikinci "sarı" vərəqə) alaraq komandasını azlıqda qoyub. Matçın 90+2-ci dəqiqəsində meydan sahibinin oyunçusu Q.Qarayev də "qırmızı" vərəqə (ikinci "sarı" vərəqə) alaraq meydanda qovulub.
İkinci hissədə qapılara qol vurulmayıb və oyun 1:1 hesabı ilə başa çatıb.