Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Təndirdə hind toyuğu kababı

Abunə olmaq
Azərbaycanda bişirilən müxtəlif kabablarının dadından doymaq olmur. Bunu ancaq biz demirik, ölkəmizə gələn minlərlə turist də daddıqları ən ləzzətli kababın məhz Azərbaycan kababı olduğunu deyir.

Maraqlısı da odur ki, biz kababı ancaq manqal üstündə bişirmirik. Bu dəfə Sputnik Azərbaycan-ın bölgə müxbiri Qax rayonu sakini Qurban Əhmədovdan təndirdə hind toyuğu kababının hazırlanma prosesini öyrənib.

Qurban Əhmədov deyib ki, hind toyuğu qış ayları üçün daha uyğundur. "Dədə-babadan belə deyərdilər ki, qar, buz yeyən hind toyuğunun əti daha dadlı olur. Şimal-qərb bölgəsində qoz-fındıq bağları çox olduğundan, bölgədə yaşayan quşlar qərzəkli meyvələrlə qidalanır. Ona görə də bu bölgədəki hind toyuqları daha dadlı olur".

Əvvəlcə quş tən ortadan yarılır, zövqə görə duz və ədviyyat əlavə edilir. Təndir yandırılır. Təndiri həddinən artıq isti etmək də lazım deyil. Belə olan halda, kababın üstü quruyacaq, içi isə çiy qalacaq. Daha sonra ət şişlərə taxılır, təndirə yerləşdirilir və təndirin ağzı örtülür. Təxminən, 20 dəqiqə bişdikdən sonra kabab hazır olur.  Kababı zövqə görə limon, soğan, göyərti və nar dənələri ilə bəzəyə bilərsiniz.

Nuş olsun!

Xəbər lenti
0