Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İstanbulda azərbaycanlıların törətdiyi silsilə cinayətlərin üstü açıldı

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayət Bürosu tərəfindən aparılan araşdırma zamanı cinayətin baş verdiyi ərazidə bir müddətdir ki, Azərbaycan vətəndaşları tərəfindən qətllərin törədildiyi müəyyən edilib

 

BAKI, 31 yanvar — Sputnik. İstanbulda bir cinayəti araşdıran polis iki azərbaycanlılardan ibarət qrupun iştirakı ilə 5 nəfərin öldürüldüyü başqa cinayətin üstünü açıb. Bu barədə Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumat verir.

Azərbaycan vətəndaşı Gəncəli Əliyevi tapança ilə vuraraq öldürməkdə şübhəli hesab edilən 31 yaşlı Sahib M. övladını müalicə üçün gətirdiyi xəstəxanada həbs eidlib. Onunla xəstəxanaya gələn iki nəfər - 39 yaşlı Turan M. və 39 yaşlı Rişal H. də saxlanılıb.

Quba rayon polis şöbəsi - Sputnik Azərbaycan
HADİSƏ
Qubada ağır cinayət törədilib

Xatırladaq ki, keçən il avqust ayının 8-də Qaziosmanpaşa Hürriyət Məhəlləsi 260 ünvanında baş verən silahlı hücum zamanı Azərbaycan vətəndaşı Gəncəli Əliyev öldürülmüşdü. Şübhəli hadisədən sonra qaçsa da, polis hadisəni araşdırmağa başlamışdı.

Cinayət Bürosu tərəfindən aparılan araşdırma zamanı cinayətin baş verdiyi ərazidə bir müddətdir ki, Azərbaycan vətəndaşları tərəfindən qətllərin törədildiyi müəyyən edilib.

Cinayət Bürosunun ortaya çıxardığı cinayət hadisələri bunlardır:

2015–ci ilin dekabr ayında Sahib M.–in qardaşı Ramil M. aralarında mübahisə olan Natiq G. və atası Yapon G. tərəfindən vurularaq öldürülüb.

Polis maşınları, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
İsmayıllıda tük ürpədən cinayət: Bir ailədən iki meyit çıxdı

2017- ci il yanvarın 15-də Sahib M. dostları ilə qardaşının öldürülməsində günahkar hesab etdiyi Misirxan Əliyevi Qaziosmanpaşada güllələyərək öldürüb.

2018-ci ilin avqust ayında isə Sahib M. bu dəfə Gəncəli Əliyevi güllələyərək öldürüb.

2018-ci il avqustun 22-də isə Sahib M-in yaxını olduğu deyilən Ramil Məmmədov öldürülür. Bu hadisədən sonra cinayətkar Asif A. həbs edilir.

2018-ci ilin oktyabrın 7-də isə Ruhil Ağayev Sahib M, qohumları Qasım M. və qardaşı Mübariz M. tərəfindən silahlı hücum zamanı öldürülür.

Saxlanılan Sahib M. ittihamları qəbul etməsə də həbs edilib. Yanındakı Turan M. və Rişal H. isə azadlığa buraxılıb.

Xəbər lenti
0