BAKI, 30 yanvar — Sputnik. Yanvarın 29-da Quba Rayon Polis Şöbəsinə (RPŞ) Xaçmaz rayon sakini Ş.Arginiskinin qapalı kəllə-beyin və kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.
Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla hadisənin həmin gün saat 19.00 radələrində rayonun Gültəpə kəndi ərazisində Xaçmaz şəhər sakini X.Aydınov tərəfindən törədildiyi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən X.Aydınov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.