Avropa İttifaqından Ermənistana sərt xəbərdarlıq: Konkret addımlar gözləyirik

© REUTERS / Michal FludraMayya Kosyançiç
Mayya Kosyançiç - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz baş verənlərdən xəbərdarıq və Ermənistandan konkret addımlar gözləyirik"

BAKI, 29 yanvar — Sputnik. Avropa İttifaqı Ermənistan hökumətindən "Ermənistan qartalları – Vahid Ermənistan" ictimai təşkilatının sədr müavini, "Haynews.am" saytının koordinatoru Mqer Yeqiazaryanın ölümü ilə bağlı detallı və hərtərəfli araşdırmanın aparılmasını gözləyir.

The Washington Post-un ofis binası, arxiv şəkli - Sputnik Azərbaycan
Ermənistan həbsxanasında baş verən dəhşət dünya mətbuatının gündəmində

Sputnik Ermənistan xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət üzrə nümayəndəsi Mayya Kosyançiç deyib. "Biz baş verənlərdən xəbərdarıq və Ermənistandan konkret addımlar gözləyirik" - deyə Avropa İttifaqının nümayəndəsi bildirib.

Qeyd edək ki, yanvarın 27-də "Ermənistan Qartalları - Vahid Ermənistan" ictimai təşkilatının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan aclıq aksiyası nəticəsində həyatını itirib. 1968-ci il təvəllüdlü məhbus cəza çəkdiyi "Nubarasen" həbsxanasında dünyasını dəyişib.

Məlumata görə, Yeqiazaryan ötən ilin 5 dekabr tarixində aclıq aksiyasına başlamışdı. Onun aclıqdan öldüyü bildirilir. Ermənistanın Ədliyyə Nazirliyi isə Yeqiazaryanın ölüm səbəbini gizlədərək, faktla bağlı araşdırma aparıldığını bəyan edib.

Xatırladaq ki, M.Yeqiazaryan 2018-ci ilin dekabr ayında dələduzluq və hərbçilərdən pul almaq ittihamı ilə həbs edilmişdi.

Xəbər lenti
0