Ermənistan həbsxanasında baş verən dəhşət dünya mətbuatının gündəmində

© AFP 2024 / BRENDAN SMIALOWSKI The Washington Post-un ofis binası, arxiv şəkli
The Washington Post-un ofis binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Siyasi xadim, təxminən, iki ay davam edən aclıq aksiyasından sonra həbsxanada vəfat edib

BAKI, 28 yanvar — Sputnik. Birləşmiş Ştatların nüfuzlu "The Washington Post" nəşri "Haynews.am" saytının kordinatoru, siyasi xadim Mqer Eqiazaryanın ölümü barədə "Erməni siyasi xadim aclıqdan sonra öldü" başlıqlı məqalə dərc edib. Bu barədə Sputnik Azərbaycan həmin nəşrə istinadən xəbər verir. 

Yerevanda təcili yardım avtomobili - Sputnik Azərbaycan
Ermənistanda müxalif jurnalist və siyasətçi həbsxanada öldü

"Ermənistanda siyasi xadim, təxminən, iki ay davam edən aclıq aksiyasından sonra həbsxanada vəfat edib" - deyə materialda bildirilib.

Məsələyə ATƏT PA-nın vitse prezidenti Azay Quliyev "Twitter" hesabında bu hadisəyə özünəməxsus tərzdə münasibət bildirib: "Allah eləməsin, əgər bu hadisə Azərbaycanda baş versəydi, yəqin ki, siz AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digərlərinin necə reaksiya verəcəyini təsəvvür edərdiniz".

Qeyd edək ki, ötən gün "Erməni Qartalları: Vahid Ermənistan" partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan aclıqdan ölüb. 1968-ci il təvəllüdlü məhbus cəza çəkdiyi "Nubarasen" həbsxanasında dünyasını dəyişib.

Məlumata görə, Yegiazaryan ötən ilin 5 dekabr tarixində aclıq aksiyasına başlamışdı. Onun aclıqdan öldüyü bildirilir. Ermənistanın Ədliyyə Nazirliyi isə Yegiazaryanın ölüm səbəbini gizlədərək, faktla bağlı araşdırma aparıldığını bəyan edib.

Xatırladaq ki, M.Yegiazaryan 2018-ci ilin dekabr ayında dələduzluq və hərbçilərdən pul almaq ittihamı ilə həbs edilmişdi.

Xəbər lenti
0