BAKI, 29 yanvar — Sputnik. Jurnalistlər Birləşmiş Ştatlar prezidentinin prezidenti Donald Trampın kitabçasında 5 min hərbçinin Kolumbiyaya göndərilməsinə dair qeyd görüblər. Bu barədə Sputnik Azərbaycan "USA Today"-a istinadən xəbər verir.
Məlumata əsasən, bu, Ağ Evdə Venesueladakı vəziyyətə dair keçirilən brifinqdə baş verib.
"Kolumbiyaya 5 min hərbçi", - deyə Boltonun kitabçasında qeyd olunub.
Vurğulanır ki, bu insident ABŞ-ın Venesuelaya mümkün hərbi müdaxiləsi ilə bağlı xeyli suallar doğurub.
Xatırladaq ki, noyabrın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.