Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Venesuela hadisələri neft və qızıl bazarına da təsir edəcək”

© REUTERS / Manaure QuinteroVenesuelada etirazlar
Venesuelada etirazlar - Sputnik Azərbaycan
Abunə olmaq
"Xuan Quaidonun dövrü başladığı halda Amerika kapitalı ilə istehsalın artacağı gözləniləndir"

BAKI, 26 yanvar — Sputnik. "Daha bir neft ölkəsi dünyanın diqqət mərkəzinə çevrilib. ABŞ və Kanada başda olmaqla dünyanın bir sıra ölkələrinin Venesuelada müxalifət lideri Xuan Quaidonu həmin ölkənin keçici rəhbəri kimi tanıması Nicolas Maduro hökumətini çətin vəziyyətə salıb. Eyni zamanda demək olar ki, yaranan bu durum qlobal bazarlara da təsirsiz ötüşməyəcək".

Sputnik Azərbaycan xəbər verir ki, iqtisadçı Vüqar Bayramov dünyada baş verən son proseslər şərhində belə qeyd edib.

Заместитель министра иностранных дел РФ Сергей Рябков - Sputnik Azərbaycan
RUSİYA
Rusiyadan ABŞ-a kəskin Venesuela xəbərdarlığı: Fəlakət ssenarisi olacaq

O, hadisələrin qlobal və xüsusən də neft bazarına necə təsir edəcəyi ilə də bağlı fikir bildirib: "Venesueladakı gərginlik qısa müddətli dövrdə neftin dünya bazarında qiymətinin yüksəlməsinə səbəb ola bilsə də, orta və uzun müddətli perspektivdə "qara qızılın" qiymətində kəskin enişlərə səbəb olacaq. Lakin sözügedən ölkədə vəziyyət gərginləşəcəyi və ABŞ sanksiyalarının güclənəcəyi halda neftin qiymətində qısamüddətli artım istisna olunmur".

"Hasilat həcminə görə ilk onluğa düşə bilməyən Venesuelanın gündəlik neft hasilatı 2 milyon 276 min bareldir. Bu gündəlik qlobal neft təklifinin 2.2 faizi deməkdir. 300 milyard bareldən çox neft ehtiyatı ilə dünyada ən çox nefti olan Venesuela hasilat həcminə görə iki rəqəmli mövqedədir. Belə proqnoz vermək olar ki, Xuan Quaidonun dövrü başladığı halda Amerika kapitalı ilə istehsalın artacağı gözləniləndir" – deyə V.Bayramov qeyd edib.

Alimin sözlərinə görə, illik 3 milyon faiz inflyasiyaya malik olan Venesuelada yeni dövr başladığı halda hökumət "daha çox neft satıb daha çox gəlir əldə etməyə" çalışacaq: "İndiki halda bu ölkəyə valyutanın daxil olmasının başqa yolu demək olar ki, yoxdur. Bu isə o deməkdir ki, Vaşinqtona meylli gəncin Venesuelada hakimiyyəti gəlməsi dünya neft bazarında təklifi kəskin artıra bilər. Bu halda isə OPEK-in istənilən səyinə baxmayaraq neftin bir barelinin dünya bazar qiymətinin hətta 50 dollardan aşağı düşəcəyi istisna olunmur. Göründüyü kimi, 2019-cu il öncədə proqnozlaşdırıldığı kimi dünya iqtisadiyyatı və qlobal bazarlar üçün heç də asan olmayacaq. Bundan ən çox təsirlənən isə, təbii ki, neftin qiyməti olacaq".

Xəbər lenti
0