CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təcavüzkar haralıdır, yaxud divanda oturub hər şeyi bilənlərə həqiqəti necə sübut etməli

© pixabay / Raw PixelНоутбук, фото из архива
Ноутбук, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda kriminal xəbərləri oxuyanları cinayət faktından çox xəbərin nə dərəcədə doğru olduğu narahat edir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. Bu barədə yazmamaq da olardı, amma sosial şəbəkə istifadəçilərinin müxtəlif saytların xəbərlərinə verdikləri şərhləri görəndən sonra, yazmamaq olmur. Biz jurnalistlər hansısa xəbəri yaymamışdan əvvəl informasiya mənbələri ilə söhbət edir, əldə etdiyimiz məlumatın dəqiqliyini yoxlayırıq. Və əlbəttə ki, yekunda informasiyanı KİV haqqında qanunun tələblərinə və digər normativ aktlara uyğun şəkildə oxuculara çatdırırıq.

Əgər söhbət kriminal xəbərlərdən gedirsə, hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumatların yalnız bir hissəsini oxucuların ixtiyarına veririk. Çünki "istintaq maraqları", "vətəndaş maraqları", "əməliyyat-axtarış tədbirləri ilə bağlı qanunun tələblərinin pozulması" və s. var. Jurnalist yaydığı informasiyaya görə böyük məsuliyyət daşıyır. Amma təəssüf ki, bunu hamı başa düşmür.

“Mediada gender bərabərliyi” mövzusunda 3 günlük təlimin açılış mərasimi - Sputnik Azərbaycan
Jurnalistlərə “Mediada gender bərabərliyi” mövzusunda təlim keçirilib

Bu məqalənin yazılmasına səbəb artıq qeyd etdiyim kimi, sosial şəbəkə istifadəçilərinin və xəbər saytlarının oxucularının qeyri-adekvat şərhləridir. Camaat hər şeydən şübhələnən, heç nəyə etibar etməyən olub. Hətta elektrik kəsilməsi haqqında xəbərə belə kütlə əsassız olaraq şübhə ilə yanaşır. O hesab edir ki, məqalədə qeyd olunan hər bir detal təhrif olunub, uydurulub və məqsədli şəkildə yazıya daxil edilib.

Sputnik Azərbaycan yanvarın 17-də paytaxtın mərkəzində küçədə baş vermiş zorlanma hadisəsi barədə məlumat verib. Qazaxıstan vətəndaşı kafedə qabyuyan işləyən qadın gecə vaxtı evə qayıdarkən ona hücum edib. Həmin şəxs qadının çənəsini qırıb, lakin qaçmaq istərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Məqaləni başqa saytlar da çap ediblər və o, geniş əks-səda doğurub. Çox ümid edirəm ki, onu oxuyanlardan kiminsə qadına yazığı gəlib. Çünki onun vəziyyəti onsuz da pisdir, üstəlik zorlanma və sınmış çənə. Gənc ana yaxşı həyatdan qabyuyan işləməyə getməyib. Və təbii ki, heç bir qadın gecə saat 1-də işdən qayıtmaq istəməz. Lakin hər bir sözü qurdalayan və ağıllı görkəmlə lüzumsuz nəticələr çıxaran oxucularımız da oldu.

Belə ki, oxuculardan biri yazıb: "Zorlayan şəxs heç cür Qazaxıstan vətəndaşı ola bilməz. Çünki Qazaxıstanda asanlıqla tanış ola biləcəyiniz gözəl qadınlar çoxdur". Əgər bu adamın "məntiqinə" inansaq, Qazaxıstanda heç vaxt zorlama olmayıb və ola da bilməz. Həmin oxucu belə bir fərziyyə irəli sürür ki, cinayətkar ərəb olub və biz də cəmiyyətdə hiddət doğurmamaq üçün bu "faktı" gizlətmişik. Sonra isə bütün şübhləri kənara ataraq yazır: "Yüz faiz ərəbdir".

SputnikPRO təliminin ikinci günü: Azərbaycanlı jurnalistlər nələr öyrəndilər  - Sputnik Azərbaycan
VİDEO
SputnikPRO təliminin ikinci günü: Azərbaycanlı jurnalistlər nələr öyrəndilər

Ən gülməlisi odur ki, başqa oxucu bununla razılaşır və müvafiq şərh verir. Üçüncüsü isə hüquq-mühafizə orqanlarını yerli cinayətkarlara göz yumaraq "yad"ları gözümçıxdıya salmaqda günahlandırır.

20 il kriminal hadisələr və hüquqi məsələlərdən yazan jurnalist kimi bütün məsuliyyətimlə bəyan edirəm ki, Azərbaycanda Fars körfəzi ölkələrinin vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq olunduğu andan (noyabr 2015-ci il) bu günədək ölkədə ərəblər tərəfindən həyata keçirilmiş bir zorlanma hadisəsi qeydə alınmayıb. Ərəblər pullu intim xidmətlərə üstünlük verirlər və onlardan zorlanma şikayəti daxil olmayıb. Ərəblərin artıq pul verməkdən imtina etdikləri hallar olub, lakin onda da şikayətçi elə turistlərin özləri olub, çünki qadınlar onların pullarını götürərək gediblər.

Oxucular həmçinin məqalədə zərərçəkmişin adının olmamasından və əksinə caninin adının olmasından narazıdırlar.

"Kişilərə münasibətdə etika harada qaldı? O həqiqətən Qazaxıstan vətəndaşıdır? Pasportun şəkli yoxdur, saxlanma protokolu yoxdur, ifadə protokolu yoxdur. Heç nə yoxdur" - oxucu qəzəblə bildirir (belə görünür ki, polisin işi ilə yaxından tanışdır).

İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıdakı oteldə ərəb yeniyetmə intihara əl atıb

Birincisi, belə hallarda zərərçəkmişin adını və onun barəsində digər məlumatı vermək olmaz. İkincisi, kişinin cinayəti törətməsi istintaq tərəfindən sübut olunub, qalıb məhkəmə. Cinayət cəzalandırılmalıdır, ictimaiyyət cinayətkarları tanımalı və diqqətli olmalıdır.

Pasportun şəkli və saxlanma protokolu ilə bağlı isə biz jurnalistlərin işi çox çətindir. "Şübhələnən oxucunu məlumatın doğruluğuna necə inandıraq?"- bu sual bizi bütün günü düşündürür. Çünki şübhəsi qalan oxucu xəfiyyə kimidir, hər şeydə dəqiqlik tələb edir. "Ümumiyyətlə, zorlanma olub?" - deyə jurnalistlərin əsas tənqidçisi olan oxucu nəhayət, soruşur.

Bilirsiniz, biz hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə inanmağa öyrəşmişik, onlardan sübut tələb etmirik, hər bir cinayətin şahidlərini axtarmaq isə jurnalistin vəzifəsinə daxil deyil. Lakin belə görünür ki, kompüterin qarşısında oturaraq və ya əlində qadjet tutaraq üzlərində məşhur "İnanmıram!" sözünü hayqırmış Stanislavskinin ifadəsi olan oxucuların fikrincə, mən hər məqaləmə cinayətklarların barmaq izlərini və ya göz qişasının şəklini əlavə etməliyəm.

Niyə zərərçəkmişin peşəsi göstərilib - bunun prinsipial əhəmiyyəti var? Əgər o qabyuyan olmasa idi, onu zorlamazdılar? Niyə, niyə, niyə? Və bu oxucuların xəbərin dəqiqliyini şübhə altına aldıqları yeganə hadisə deyil. Jurnalistlərin gözlənilən şiddətli külək barədə xəbərdarlıqları çoxlu etiraza səbəb oldu. Tanrının mərhəmətindən və dövlət orqanlarının reaksiyasına görə itki olmadı, lakin hətta bu müsbət məqam belə anlayışla qarşılanmadı. "Hanı sizin çovğun? Kimi külək aparıb?" - oxucular istehza ilə soruşdular. Yəqin itkilərin olması lazım imiş. O halda isə oxucular mütləq günahkar axtarışına başlayacaqdılar.

Насилие - Sputnik Azərbaycan
HADİSƏ
Qazaxıstanlı oğlan Bakıda küçənin ortasında qadına təcavüz edib

Bu yaxınlarda bakılı məktəblilərin sosial şəbəkə istifadəçisi olan valideynləri şayiə və qeybətə olan maraqlarından ciddi təlaşa düşmüşdülər. Belə ki, "orqan mafiyası"nın uşaqları oğurlayaraq orqanlarını kəsdiyi, sonra uşaqları küçəyə atdığı barədə şayiələr dolaşırdı.

Biz bunun doğru olmadığını, sözügedən dövrdə uşaq oğurluğu faktlarının qeydə alınmadığını yazanda, oxucular cavab verdilər: "İnanmırıq, həqiqəti gizlətmək üçün bizi aldadırlar".

İndi isə işləri yalnız danışmaq olan, hər şeydən şübhələnən oxucularımıza mən sual verirəm: "Əgər onsuz da hər şeyi bilirsinizsə, onda niyə məqalələri oxuyursunuz?".

Sonda əlavə etmək istəyirəm ki, rəqəmsal texnologiyalardan hər kəs istifadə edə bilir, hətta oxuya bilməyən iki yaşlı körpə istədiyi cizgi filmini və ya oyunu qadjetə yükləyə bilir. Lakin internetdən öz intellektual inkişafı üçün istifadə etməyi heç də hamı bacarmır. Yəqin inanmadıqlarına görə...

Xəbər lenti
0