BAKI, 7 yanvar — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin yeniyetmə vətəndaşı Bakıda intihara cəhd edib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə Boulevard Hotel-də günorta saatlarında baş verib. BƏƏ-nin 15 yaşlı vətəndaşı S.R. Noda azad satışda olan baş ağrısına qarşı ağrıkəsici dərman preparatının birdəfəyə dörd həbini qəbul edib. Yeniyetmə Respublika Toksikologiya Mərkəzinə çatdırılıb və xoşbəxtlikdən həkimlər onun həyatını xilas edə biliblər.
İstintaqın ehtimalına görə, yenyetmə intihara cəhd edib. İntihara cəhdin səbəbləri barədə hələlik heç nə məlum deyil. Sadəcə o məlumdur ki, BƏƏ vətəndaşı Bakıya yanvarın 1-də turist vizası ilə gəlib.
Faktla bağlı araşdırma aparılır.