CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Psixoloq: “Afət Fərmanqızı müayinə edilsə, pis olmaz”

© Sputnik / Anar MustafayevPsixoloq Azad İsazadə
Psixoloq Azad İsazadə - Sputnik Azərbaycan
Abunə olmaq
Psixoloq onu da əlavə edib ki, bəzi insanlar öz istəklərini ətrafındakı insanlara qəbul etdirmək üçün “yuxuda görmüşəm” yalanından da istifadə edirlər

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Son günlər sosial şəbəkələrdə və mediada müzakirəyə səbəb olan mövzulardan biri də ifaçı Afət Fərmanqızıdır. Müğənninin İmadəddin Nəsiminin "Sığmazam" qəzəlinin sözlərini hind musiqisi üzərində ifa etməsi cəmiyyət tərəfindən birtərəfli qarşılanmayıb. Müğənni də özünə bəraət qazandırmaq üçün mətbuata açıqlama verib ki, bu qəzəli Nəsiminin öz istəyi ilə oxuyub. Belə ki, guya şair onun yuxusuna gəlib və “Sığmazam” qəzəlinə mahnı oxumasını deyib. Müğənninin bu açıqlaması isə əksər insanlarda qəzəb doğurub, ifaçı sosial şəbəkələrdə və mediada tənqid hədəfinə çevrilib.

Nəsiminin heykəli - Sputnik Azərbaycan
YAZARLAR
Vəsf zamanı deyil, Afət! – Nəsimi yaradıcılığına böyük təhqir

Sputnik Azərbaycan-ın əməkdaşı müğənninin bu iddiası ilə bağlı psixoloq rəyini öyrənib.

Psixoloq Azad İsazadə deyib ki, bir bu fakta görə xanıma diaqnoz qoymaq düzgün olmaz: "Bu, ruhi pozuntu da ola bilər, hansısa psixi xəstəliyin əlaməti də. Həmçinin  stressdən də ola bilər. Amma etiraf etməliyik ki, bəzi alimlər, bəstəkarlar, hətta Mendeleyevin özü elm sahəsində kəşf etdiklərini yuxuda görüb”.

Psixoloq müğənninin müayinə olunmasını məsləhət görüb: “Qeyd edim ki, müayinə edilsə, pis olmaz. Amma xanım özü müraciət etməlidir ki, biz onu müayinə edək. Əks halda, mümkün deyil".

Psixoloq onu da əlavə edib ki, bəzi insanlar öz istəklərini ətrafındakı insanlara qəbul etdirmək üçün “yuxuda görmüşəm” yalanından da istifadə edirlər: "İstisna olunmur ki, bu, yalan ola bilər. Müzakirə etmirəm, amma bu, fırıldaq da ola bilər".

Xəbər lenti
0