SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Venesuelaya hərbi müdaxilə edə bilər – Pompeo

© AFP 2024 / Dimitar DILKOFFABŞ ordusu
ABŞ ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Biz öz vətəndaşlarımızın təhlükəsizliyindən əmin olmaq üçün lazım olan hər şeyi edəcəyik

BAKI, 25 yanvar — Sputnik. Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo bəyan edib ki, ABŞ Venesuelada öz diplomatlarının müdafiəsi üçün bütün lazımı tədbirləri görməyə hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu o "The Laura Ingraham Show" proqramında çıxış edərkən bildirib.

Dövlət katibinin müsahibəsinin stenoqrammı Dövlət Departamentinin saytında yerləşdirilib. 

Заместитель министра иностранных дел РФ Сергей Рябков - Sputnik Azərbaycan
RUSİYA
Rusiyadan ABŞ-a kəskin Venesuela xəbərdarlığı: Fəlakət ssenarisi olacaq

Verilişin aparıcısı Pompeodan soruşub ki, Venesuela prezidenti Nikolas Maduronu legitim hesab edən Rusiya və digər ölkələrin qarşı olması ilə bağlı Birləşmiş Ştatların Venesuelaya qoşun yeritməsinə dair narahatlığı varmı?

"Biz öz vətəndaşlarımızın təhlükəsizliyindən əmin olmaq üçün lazım olan hər şeyi edəcəyik", - deyə Pompeo cavab verib.

Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatların Venesueladan diplomatların bir hissəsini geri çağırdığı bildirilib.

Xatırladaq ki, noyabrın 24-ü Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaido özünü müvəqqəti prezident elan edib. Birləşmiş Ştatlar qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Xəbər lenti
0