CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Köhnə avtomobillərin istifadəsi qadağan olunacaq, amma necə...

© Sputnik / Murad OrujovBakıda nəqliyyatın hərəkəti
Bakıda nəqliyyatın hərəkəti - Sputnik Azərbaycan
Abunə olmaq
"Elə bir icra mexanizmi hazırlanmalıdır ki, həm dövlətin, həm də əhalinin maraqları qorunsun"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələri dövriyyədən çıxarılacaq. Bu, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Proqramda təhlükəsiz nəqliyyat vasitələri istiqaməti üzrə bu tədbirin həyata keçirilməsi nəzərdə tutulub.

Сотрудник дорожно-патрульной службы в Баку - Sputnik Azərbaycan
Yol polislərinə yeni, supertəchizatlı avtomobillər verilib

Azərbaycan Texniki Universitetinin (ATU) Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov köhnə avtomobillərin dövriyyədən çıxarılmasını Sputnik Azərbaycan-a şərh edib.

Onun sözlərinə görə, bu məsələnin Dövlət Proqramına salınması çox müsbət addımdır və bu istiqamətdə bir neçə variant var: "İlk variant təbii gedən bir prosesdir. Fiziki köhnəlmə nəticəsində nəqliyyat vasitələrinin istismardan çıxarılması uzun müddət davam edir. Vaxtilə ilk dəfə özəlləşmə prosesində böyük avtobus, avtomobil parklarındakı nəqliyyat vasitələrini sürücülərə verdilər. Burada söhbət şəxsi avtomobillərdən getmir. Sürücülər də onlardan müəyyən qədər istifadə etdilər".

"Hər bir nəqliyyat vasitəsi müəyyən vaxtdan sonra öz resurslarını itirir. Ona görə də həmin nəqliyyat vasitələri yavaş-yavaş, avtomatik olaraq sıradan çıxdı. Və yaxud həmin nəqliyyat vasitələri bir müddətdən sonra rayonlara göndərildi və orada da bir müddət istifadə olundu. Bu, birinci variantdır, yəni təbii olaraq fiziki köhnəlmə nəticəsində sıradan çıxmaq" - deyə Eyyubov bildirib.

© © KarikaturaKöhnə maşın
Köhnə avtomobillərin istifadəsi qadağan olunacaq, amma necə... - Sputnik Azərbaycan
Köhnə maşın

Ekspert qeyd edib ki, Dövlət Proqramında nəzərdə tutulan köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasının icra mexanizmi, hələ ki, müəyyən edilməyib: "Ola bilər, köhnə avtomobillər sahibkarlardan yığılsın və onlara yeni avtomobillər verilsin. Digər bir yol inzibati formada ola bilər, yəni birmənalı şəkildə Bakı şəhərində 20-30 ildən çox texniki cəhətdən nasaz avtomobilləri qadağan edə bilərlər. Bakı şəhərində köhnə avtomobilləri qadağan etmək olar. İcra mexanizmi elə olmalıdır ki, əhaliyə çox da ziyan dəyməsin".

Həmsöhbətimizin fikrincə, nəqliyyat vasitəsi müasir standartlara cavab vermirsə, təhlükəsizliyi təmin etmirsə, ilk növbədə sahibinə ziyan verəcək: "Ona görə də hər kəs maraqlı olmalıdır ki, köhnə nəqliyyat vasitəsini təhvil versin. Azərbaycanda 30-40 il öncənin istehsalı olan nəqliyyat vasitələri var ki, onlar istismara yaramır, standartlara cavab vermir. Antikvar avtomobillər istisna olmaqla, istismara yaramayan bu nəqliyyat vasitələrini yığışdırmaq çox müsbət addımdır".

"Burada müəyyən qədər stimullaşdırıcı addımlar olmalıdır. İcra mexanizmi elmi, psixoloji, sosioloji cəhətdən hazırlanmalıdır. Mexanizm həm təhlükəsizliyi təmin etməli, həm də əhalini narazı salmamalıdır. Elə bir icra mexanizmi hazırlanmalıdır ki, həm dövlətin, həm də əhalinin maraqları qorunsun" - deyə F.Eyyubov vurğulayıb.

Qeyd edək ki, Dövlət Proqramında təhlükəsiz nəqliyyat vasitələrinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələri üçün müasir texniki reqlamentlərin hazırlanması və tətbiqi, nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinin artırılması, onların texniki vəziyyətinə nəzarətin və texniki baxış qaydalarının təkmilləşdirilməsi, yeni texnologiyalardan istifadənin sürətləndirilməsi məqsədilə müasir təhlükəsizlik vasitələrindən və texnologiyalarından geniş istifadənin təşviqi, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması nəzərdə tutulub.

Xəbər lenti
0