Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Pul ver, yoxsa rüsvay olacaqsan: Polis potensial şantaj qurbanlarına çıxış yolu göstərir

© Sputnik / Murad OrujovЖенщина закрывает лицо руками, когда мужчина показывает ей переписку на телефоне, фото из архива
Женщина закрывает лицо руками, когда мужчина показывает ей переписку на телефоне, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın onu intim videolarını yayacağı ilə hədələyən yad kişiyə 2200 manat pulu verəndən sonra polisə şikayət edib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Hədə-qorxu və şantaj yolu ilə pul tələb etməyə qarşı yeganə doğru çıxış yolu vaxtında polisə müraciət etməkdir. Çünki cinayətkarın tələbini yerinə yetirmək onun bu əməlini gələcəkdə təkrar etməyəcəyinə heç bir zəmanət vermir. Bunu Sputnik Azərbaycan-a Xətai Rayon Polis İdarəsindən, sonuncu hədə-qorxu yolu ilə pul tələb etmə hadisəsini şərh edərkən bildiriblər.

Мужчина в депрессии, фото из архива  - Sputnik Azərbaycan
HADİSƏ
Artıq Bakıda sevgilisi olan kişiləri də şantaj etməyə başlayıblar

Şantajla qarşılaşan Bakı şəhər sakini də məhz belə hərəkət edib - Xətai RPİ-nin 35-ci polis bölməsinə bu barədə şikayət ərizəsi yazıb. Qadın bu addımı şantajçıya 2200 manat verəndən sonra atıb. Məlum olub ki, 39 yaşlı qadını (qadının adını etik məsələlərə görə açıqlamırıq-red.) Elmar adlı bir kişi şantaj edib. Kişi qadını əgər pul verməsə, intim xarakterli videokadrlarını sosial şəbəkədə yayaraq onu biabır edəcəyi ilə hədələyib.

Polisdən bildirilib ki, artıq şübhəlinin şəxsiyyətini müəyyənləşdiriblər, lakin hələlik onu saxlamayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işi qaldırmaq üçün əsas olacaq materialların toplanması ilə məşğuldurlar.

Hələlik intim xarakterli videokadrların olduğuna dair fakt da mövcud deyil. Şantajın qurbanının özü də belə bir faktın olduğuna ciddi şübhə edir. Buna baxmayaraq, qorxu elə böyük həddə olub ki, qadın əvvəlcə şantajçıya pulu verib, sonra isə polis şöbəsinə gedib.

Analoji vəziyyət yanvarın 21-də Qaradağ rayonunda baş verib. Burada saat 02:20-də Bakı sakini "102" xidmətinə zəng edərək şantaj edildiyini bildirib. Naməlum kişi adamın mobil telefonuna zəng edərək deyib ki, onun intim fotolarını sosial şəbəkədəki səhifələrə yerləşdirəcək. Susmaq qarşılığında şantajçı cəmi 100 manat tələb edib.

Şantajçı 38 yaşlı kişini məcbur edib ki, gördüyü bütün işləri yadına salsın və heç bir yerdə iz buraxmadığına, ağ kağız kimi təmiz olduğuna əmin olsun. Kişi belə də edib və heç yerdə iz buraxmadığına əmindir. Lakin pis əməl gərək cəzalandırıla. Odur ki, kişi hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, son zamanlar Azərbaycanda internet və sosial şəbəkələr üzərindən hədə-qorxu yolu ilə pul tələb etmə və şantaj hallarının sayı artıb. Hüquq-mühafizə orqanları analoji cinayətlərdə ittiham edilən bütün şəxsləri saxlayaraq məsuliyyətə cəlb edir. Bununla yanaşı, asayiş keşikçiləri vətəndaşlara tövsiyə edir ki, özlərinə zərər verməmək üçün ehtiyatlı və mənəvi cəhətdən sabit olsunlar.

Xəbər lenti
0