CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bankomatlarda yeni problem: Sizin də başınıza gələrsə, dərhal məlumat verin

© Sputnik / Anar MustafayevБанкомат в Баку, фото из архива
Банкомат в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bununla əlaqədar olaraq Palata tərəfindən banklara müvafiq tapşırıq verilib"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Adətən bankomatlardan çıxarılan pullar təmiz, səliqəli və zədəsiz olur. Amma son aylar əhalini narahat edən problemlərdən biri də bankomatlardan çıxarılan əsginasların zədəli olmasıdır. Çünki zədəli əsginasları heç bir alış-veriş mərkəzində, adi dükan və supermarketlərdə belə, götürmürlər.

Zərəçəkmiş şəxsdən mənimsədiyi 55 manat pul aşkarlanaraq maddi sübut kimi götürülüb - Sputnik Azərbaycan
HADİSƏ
Saxta pulla alış-veriş edənlər saxlanılıblar

Hətta heç bir ödəniş terminalı da nəinki zədəli, əzilmiş əskinazları da qəbul etmir. Təbii ki, bu xoşagəlməz hal da vətəndaşlara əlavə problemlər yaradır.

Maraqlıdır, nəyə görə bankomatlara vətəndaşa problem yaradacaq zədəli əsginaslar yerləşdirilir? Belə halla üzləşən vətəndaş nə etməlidir? Sputnik Azərbaycan-ın əməkdaşı problemə aydınlıq gətirməyə çalışıb.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, əsginasda zədələnmə olubsa və bu zədə pulun nömrəsinə və qoruyucu hissəsinə düşmürsə, istənilən alqı-satqı məntəqəsi bu əsginası götürməlidir: "Əgər satıcı bu pulları götürmürsə, bu zaman istehlakçıların hüquqlarını və ölkə qanunvericiliyini pozur".

"Əgər qoruyucu işarələrdə və nömrədə problem olarsa, vətəndaş banklarda əsginası dəyişməlidir. Banklar da müştəridən xüsusi blank vasitəsi ilə aldığı cırıq pulları Mərkəzi Banka təhvil verir. Eyni zamanda, şəxs özü də Mərkəzi Banka təhvil verə bilər" – deyə ekspert əlavə edib.

© ©KarikaturaBankomatlar pul vermir
Bankomatlarda yeni problem: Sizin də başınıza gələrsə, dərhal məlumat verin - Sputnik Azərbaycan
Bankomatlar pul vermir

N.Cəfərli zədəli pulların bankomatlara yerləşdirilməsindən də danışıb: "Əslində, bankların belə pulları bankomata yerləşdirmək hüququ yoxdur. Belə pulları banklar aktlaşdıraraq Mərkəzi Banka təhvil verib, normal pullarla dəyişdirməlidir. Cırıq və zədəsi olan pulları bankomata yeləşdirmək banklar tərəfindən qanun pozuntusudur".

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev də sorğumuza cavab verib. Bildirib ki, Mərkəzi Bank zədəli əsginasları qəbul edir: "Vətəndaşlar cırılmış, yanmış və sıradan çıxmış əsginasları Mərkəzi Banka gətirərək, onları yeniləri ilə əvəz edə bilərlər. Amma biz bankomatlarda olan əsginaslara cavabdeh deyilik. Vətəndaş bankomatdan da elə əsginas çıxararsa, Mərkəzi Banka yaxınlaşıb, yenisi ilə dəyişə bilər".

10 frank - Sputnik Azərbaycan
Dünyanın ən gözəl əsginası elan edilib

Sualımıza Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) da cavab verilib: "Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən davamlı olaraq kommersiya bankları tərəfindən aparılan əməliyyatların, göstərilən xidmətlərin, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində görülən işlərin statusu monitorinq olunur və nəzarətdə saxlanılır".

""Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları"na əsasən, kommersiya bankları əhali tərəfindən təqdim olunan tədavülə yararlı, yararsız, həqiqiliyi şübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini saxlamış milli pul nişanlarını qəbul etməli, dəyişdirməli və ekspertizasını təmin etməlidir. Bununla əlaqədar olaraq Palata tərəfindən banklara müvafiq tapşırıq verilib" – deyə MBNP-dən vurğulanıb.

O da əlavə olunub ki, məsələ ilə bağlı bu günə kimi istehlakçılar tərəfindən Palataya hər hansı şikayət daxil olmayıb.

Xəbər lenti
0