Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Saxta pulla alış-veriş edənlər saxlanılıblar

© Sputnik / Rahim MuradovZərəçəkmiş şəxsdən mənimsədiyi 55 manat pul aşkarlanaraq maddi sübut kimi götürülüb
Zərəçəkmiş şəxsdən mənimsədiyi 55 manat pul aşkarlanaraq maddi sübut kimi götürülüb - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

BAKI, 9 noyabr — Sputnik. Göygöl rayonunda saxta pulla alış-veriş edən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın işlədiyi aptekə gələn 2 nəfərin aldıqları dərmanların müqabilində 2 ədəd 100 manatlıq əskinas verdiklərini, sonradan həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.

Qadın həmin əskinasları polisə təqdim edib. 

Eşşək - Sputnik Azərbaycan
İnsanları aldadırmışlar, təsərrüfat saxta imiş

Məlumatla əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxta əskinasları verməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Səbuhi Quliyev, Qabil Məmmədov və Yusif Şükürov olduqları müəyyən edilib. Şəxsi axtarış zamanı S.Quliyevdən narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0