Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançılar od püskürdülər: "Vəziyyət düzəlməsə, Azərbaycan çempionatına qatılmayacağıq"

Abunə olmaq
"Alov" klubunun məşqçisi Nicat Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bəyan edib ki, Federasiya rəhbərliyi tələbləri qəbul etməsə, basketbol klubları milli çempionatı boykot edəcək

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Artıq bir neçə gündür Basketbol Federasiyasının rəhbərliyi ilə klub rəhbərləri arasında vəziyyət gərgin olaraq qalır. Belə ki, Azərbaycan çempionatında çıxış edən beş klubun - "AzTop", ADNSU, NTD, "80-lər" və "Alov"un klub rəhbərləri Basketbol Federasiyasının prezidenti Nadir Nəsibovun istefa verməsini istəyirlər. Basketbol üzrə Azərbaycan çempionatında çıxış edən bu beş klubun nümayəndələri öncə mətbuat konfransı keçirərək etirazlarını bildiriblər. Daha sonra onları Gənclər və İdman Nazirliyinin İdman Departamentinin rəhbəri Fərid Mansurov qəbul edib. Məşqçilərə deyilib ki, onlarla yenidən görüş olacaq və nəticələr haqqında məlumat veriləcək.

© © Nicat Mirzəyevin şəxsi arxivindənBasketbolçu Nicat Mirzəyev
İdmançılar od püskürdülər: Vəziyyət düzəlməsə, Azərbaycan çempionatına qatılmayacağıq - Sputnik Azərbaycan
Basketbolçu Nicat Mirzəyev

"Alov" klubunun məşqçisi Nicat Mirzəyevin Sputnik Azərbaycan-a dediyinə görə, şənbə günü növbəti görüş olub. Bu dəfə görüş Milli Olimpiya Komitəsində keçirilib. Görüşdə Milli Olimpiya Komitəsinin İdman İdarəsinin müdiri Həsənağa Rzayev, eləcə də Gənclər və İdman Nazirliyinin İdman Departamentinin müdiri Fərid Mansurov iştirak edib.

"Problemlərimizi dinlədilər və yaxın günlərdə bir nəticə olacağını dedilər. Biz öz fikrimizdən dönən deyilik. Etirazımızı bildirmişik və gözləyirik. Vəziyyət düzəlməyənə qədər Azərbaycan Çempionatında iştirak etməyəcəyik" - deyə məşqçi bildirib.

Xəbər lenti
0