SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov Azərbaycanda həbsdə olan Rusiya vətəndaşından danışdı

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 16 yanvar — Sputnik. “MDB məkanı da daxil olmaqla, dünyanın istənilən ölkəsində çətin vəziyyətə düşən Rusiya vətəndaşları ilə bağlı məsələlərə ikitərəfli kontaktlar zamanı müntəzəm olaraq toxunuruq”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında. Bakı, 12 iyul 2016 - Sputnik Azərbaycan
SİYASƏT
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında erməni jurnalistin Azərbaycanda həbs olunan Rusiya vətəndaşı Marat Ueldanovun ekstradisiyası ilə bağlı sualını cavablandırarkən bildirib.

“Sizi əmin edirəm ki, bu konkret məsələyə də Azərbaycandan olan həmkarlarımızla görüş zamanı toxunmuşuq. Ümid edirəm ki, biz dialoq, hüquq normalarına söykənən qərarlar vasitəsilə hamını qane edən nəticəni əldə edəcəyik və Rusiya vətəndaşı olan bu şəxsi geri qaytara biləcəyik” – deyə Lavrov əlavə edib.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.

Xəbər lenti
0