Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi

© Sputnik / Murad OrujovRusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında. Bakı, 12 iyul 2016
Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında. Bakı, 12 iyul 2016 - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
XİN başçısı: "Azərbaycanla münasibətlər olduqca sabit və mütərəqqi formada inkişaf edir"

BAKI, 16 yanvar — Sputnik. "Azərbaycanla Rusiya arasındakı münasibətlər olduqca sabit və mütərəqqi formada inkişaf edir". Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Azərbaycanla münasibətlər olduqca sabit və mütərəqqi formada inkişaf edir. Ötən il prezidentlər səviyyəsində növbəti səmərəli görüşlər baş tutdu, Moskvada və Bakıda mənimlə həmkarım arasında görüşlər keçirildi" - deyə Lavrov bildirib.

"Bizim iqtisadi qurumlarımız sıx şəkildə əməkdaşlıq edir. Prezidentlər Vladimir Putin və İlham Əliyevin patronajlığı ilə növbəti humanitar forum keçirildi. Formal olaraq rəsmi və qeyri rəsmi olduqca xeyli sayda tədbirlər bizi birləşdirir. Bura həm Rusiya, həm də Azərbaycanda populyar olan "Jara" mahnı bayramı da aiddir" - Rusiya XİN başçısı vurğulayıb.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала